Ana Sayfa > Gündəm > Parlament yoxlamalarla bağlı dəyişikliyə “HƏ” dedi

Parlament yoxlamalarla bağlı dəyişikliyə “HƏ” dedi


30-05-2019, 13:03. Yazar: sevinc1
Parlament yoxlamalarla bağlı dəyişikliyə “HƏ” dedi


Milli Məclis yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamaların aparılmasına icazə verilməsini nəzərdə tutan dəyişikliyi qəbul edib.



Modern.az xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunun 2-ci maddəsinə (Qanunun tətbiq dairəsi) dəyişiklik layihəsi müzakirə edilərək qəbul olunub.



Dəyişikliyə əsasən, qanunun mövcud 2-ci maddəsində nəzərdə tutulmuş yoxlamalar siyahısına yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar da əlavə edilib.



Sənədin qeyd hissəsində bildirilir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunda dəyişiklik yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamaların aparılmasına tətbiq edilən məhdudiyyəti aradan qaldırmaq məqsədilə hazırlanıb.



Qanuna əsasən, ölkədə sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci il yanvarın 1-dək dayandırılıb.



Lakin insanların həyat və sağlamlığının qorunması, dövlətin təhlükəsizliyinin və iqtisadi maraqların müdafiəsi məqsədilə qeyd olunan hallarda yoxlamaların həyata keçirilməsinə yol verilir.


aia.az
Geri dön