Ana Sayfa > Karusel / Cəmiyyət > DİN-dən “Xaş–xaş 2019” ƏMƏLİYYATI -

DİN-dən “Xaş–xaş 2019” ƏMƏLİYYATI -


30-05-2019, 11:16. Yazar: sevinc1
DİN-dən “Xaş–xaş 2019” ƏMƏLİYYATI -


Şəki şəhərində 200 ədəd çətənə kolu məhv edilib.

Axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.

DİN Mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, rayonun Öyrət kəndi ərazisində vətəndaşa məxsus 5 hektar sahənin müxtəlif yerlərində 200 ədəd yabanı halda bitmiş çətənə kolları aşkar edilib. Həmin narkotik bitkilər yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırma aparılır.


aia.az
Geri dön