Ana Sayfa > Cəmiyyət / Manşet / Karusel > Salyanda ölümlə nəticələnən ağır yol qəzası baş verib

Salyanda ölümlə nəticələnən ağır yol qəzası baş verib


5-07-2015, 12:33. Yazar: admin
Salyanda ölümlə nəticələnən ağır yol qəzası baş verib
FHN məlumat yaydı.

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

aia.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Salyan rayonu ərazisində, Ələt-Astara avtomobil yolunun 38-ci kilometrliyində “Mercedes” markalı iki minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, avtomobilərin birinin sərnişini hadisə yerində vəfat edib və avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər deformasiyaya uğramış avtomobildən meyiti çıxarıb və aidiyyəti üzrə təhvil verib. Əməliyyat saat 01:19-da başa çatıb.
Geri dön