Ana Sayfa > Ölkə > Mağazada halı pisləşən müştərini polis xəstəxanaya çatdırıb

Mağazada halı pisləşən müştərini polis xəstəxanaya çatdırıb


29-05-2019, 17:50. Yazar: sevinc1
Mağazada halı pisləşən müştərini polis xəstəxanaya çatdırıb


Paytaxtın mərkəzindəki mağazaların birində müştərilərdən birinin halı qəfil pisləşib.

Daxili İşlər Nazirliyindən aia.az-a verilən məlumata görə, bu barədə vətəndaşlar polis əməkdaşlarına xəbər veriblər.

Ərazidə xidmət aparan Yasamal Rayon Polis İdarəsinin əməkdaşı və Polis Akademiyasının təcrübə keçən kursantları dərhal həmin şəxsə ilkin tibbi yardım göstərib və təcili tibbi yardıma müraciət ediblər.

Onların köməkliyi ilə həmin şəxs xəstəxanaya çatdırlıb.


aia.az
Geri dön