Ana Sayfa > Karusel / Cəmiyyət > Mingəçevirdə mikroavtobus qəza törətdi

Mingəçevirdə mikroavtobus qəza törətdi


29-05-2019, 11:07. Yazar: sevinc1
Mingəçevirdə mikroavtobus qəza törətdi


Mingəçevirdə mikroavtobus minik maşını ilə toqquşub.

Hadisə səhər saatlarında Heydər Əliyev prospektinin Nizami küçəsi ilə kəsişməsində baş verib.

Belə ki, "Ford” markalı mikroavtobus "Opel” markalı minik maşını ilə toqquşub. Hadisə nəticəsində ciddi xəsarət alan olmasa da, yolda avtomobillərin hərəkətində müvəqqəti çətinlik yaranıb, o cümlədən şəhər bazarlarından birinin yerləşdiyi bu hissədə ticarət mərkəzinə giriş məhdudlaşıb.

Faktla bağlı araşdırma aparılır. (ONA)


aia.az
Geri dön