Ana Sayfa > Təhsil > AMEA-nın magistraturasına qəbulun ödənişli əsaslarla keçirilməsinin səbəbi
AMEA-nın magistraturasına qəbulun ödənişli əsaslarla keçirilməsinin səbəbi27-05-2019, 12:18. Yazar: sevinc1 |
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturasına qəbulun ödənişli əsaslarla keçirilməsinin səbəbi açıqlanıb. AMEA-nın Akademik-katibi vəzifəsini icra edən, Elm və təhsil baş idarəsinin rəisi Əminağa Sadıqov bildirib ki, Akademiyanın magistraturasına marağın və tələbatın çox böyük olması nəzərə alınaraq belə qərar qəbul edilib. Onun sözlərinə görə, bəzi hallarda AMEA-nın magistraturasına bir yerə 80 nəfər iddia edib: "Bütün bunlar nəzərə alınaraq Nazirlər Kabinetinə təkliflərimizi təqdim etdik və müvafiq qərar qəbul olundu. Yenə də bildirirəm ki, AMEA-nın magistraturasına tələbat yüksəkdir”. Bu ildən AMEA-nın magistraturasına qəbul zamanı ixtisaslaşma seçimindən əvvəl keçirilən müsahibə mərhələsinin ləğv olunmasına toxunan Ə. Sadıqov qeyd edib ki, magistraturaya qəbul imtahanının II mərhələsindən uğurla keçənlər Akademiyada müvafiq müsahibələrdən keçirdilər: "AMEA-nın magistraturasını onsuz da yüksək bal toplayan bakalavrlar seçirlər. Müsahibə mərhələsi bakalavrlar üçün bir növ əlavə əziyyət idi. 3-4 ilin təcrübəsi göstərdi ki, bakalavrların imtahan qazandıqları göstəricilərlə müsahibə komissiyalarının göstəriciləri üst-üstə düşürdü. Beləliklə, biz müsahibə mərhələsinə ehtiyac duymadıq və o ləğv edildi”. Qeyd edək ki, Nazirlər Kabineti tərəfindən 2019/2020-ci tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturasına 24 ixtisas, 88 ixtisaslaşma üzrə 138 plan yeri təsdiq edilib. Ayrılan plan yerlərindən 103-ü dövlət sifarişli, 35-i isə ödənişli əsaslarladır. Cari ildə ilk dəfə olaraq AMEA-nın magistraturasına ödənişli əsaslarla tələbə qəbulu həyata keçiriləcək. Ödənişli əsaslarla təhsil alanların illik təhsil haqlarının məbləği 1600 manat müəyyən olunub. Bundan əlavə, bu ildən AMEA-nın (AMEA) magistraturasına qəbul zamanı ixtisaslaşma seçimindən əvvəl keçirilən müsahibə mərhələsi ləğv olunub.(ONA) aia.az Geri dön |