Ana Sayfa > Siyasət > Britaniya səfiri:

Britaniya səfiri:


27-05-2019, 11:42. Yazar: sevinc1
Britaniya səfiri:





“Bakıda Avropa Liqasının final oyununa ciddi hazırlıq işləri aparılıb”.

Modern.az xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts deyib.

O bildirib ki, əvvəllər də “Arsenal” və “Çelsi” klublarının azarkeşləri “Qarabağ” klubu ilə oyun zamanı Bakıda olublar. “Onlar Azərbaycanla tanışdır və Bakının fantastik stadionunda artıq olublar”.

Diplomat Azərbaycan və Böyük Britaniya arasında münasibətlərdən danışıb.



Səfir Tofiq Bayramovdan özəl olaraq bəhs edib:



“1966-cı ildə İngiltərədə keçirilən dunya çempionatında hakim olmuş və mükafat almış, Azərbaycandan olan Tofiq Bayramov bu gün də milli qəhrəman olaraq qəbul edilir. Onun adına Bakıda möhtəşəm stadion var”.



Kerol Krofts daha sonra qeyd edib ki, bu həftə Böyük Britaniya səfirliyi, ölkə futbolu, xüsusən hər iki klubun azarkeşləri üçün həyəcanlıdır.



“Rəsmi şəxslər, futbol assosiasiyaları və klubları ilə əməkdaşlıq şəraitində bu oyun üçün yüksək hazırlıq işləri görülüb”.



Qeyd edək ki, mayın 29-da Bakıda UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Final oyununda “Çelsi” və “Arsenal” komandaları üz-üzə gələcək.
Geri dön