Ana Sayfa > Manşet / Gündəm / Seçilənlər-2 > Elinanın ölümündə adı hallanan Xalidə Bayramovanın vəzifəsi əlindən alındı

Elinanın ölümündə adı hallanan Xalidə Bayramovanın vəzifəsi əlindən alındı


27-05-2019, 07:30. Yazar: sevinc1
Elinanın ölümündə adı hallanan Xalidə Bayramovanın vəzifəsi əlindən alındı


Səbail rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub.

BakuPost.az-ın məlumatına görə, icra başçısının müvafiq əmrinə əsasən başçının birinci müavin Xalidə Bayramova İcra Hakimiyyətinin tərkibində fəaliyyət göstərən Qəyyumluq Komissiyasının sədrliyindən azad olunub.


Bu vəzifəyə Səbail rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Yaqub Nəcəfli təyin olunub.


Qeyd edək ki, Xalidə Bayramovanın adı intihar edən Bakının 162 saylı məktəbinin şagirdi 14 yaşlı Elina Hacıyevanın ölümündə hallanırdı.


aia.az
Geri dön