Ana Sayfa > Karusel / Ölkə > Ağstafada 18 yaşlı xanım hamilə olub
Ağstafada 18 yaşlı xanım hamilə olub24-05-2019, 11:36. Yazar: sevinc1 |
Ağstafa Rayon Polis Şöbəsi də rayonda 4 nəfər 15 yaşlı hamilənin Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilməsilə bağlı məlumata münasibət bildirib. Şöbədənin əməkdaşı Modern.az-a bildirib ki, mayın 23-də və 24-də rayonda belə fakt qeydə alınmayıb: “Yalnız mayın 22-də Ağstafa Rayon Mərkəzi Xəstəxanasına 2001-ci il təvəllüdlü hamilə qadın daxil olub. O da yetkinlik yaşına çatmış şəxsdir”. Polis əməkdaşı qeyd edib ki, mətbuatda 4 nəfər 15 yaşlı şəxsin hamilə qalması və Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilməsilə bağlı məlumatlar həqiqəti əks etdirmir. Qeyd edək ki, Ağstafa Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Fatma Vəliyeva Modern.az-a açıqlamasında məlumatı təkzib edib. aia.az Geri dön |