Ana Sayfa > Təhsil > Qəbul imtahanlarında maksimum bal toplayanlar niyə azalıb?
Qəbul imtahanlarında maksimum bal toplayanlar niyə azalıb?23-05-2019, 17:04. Yazar: sevinc1 |
Uzun müddət stabil olan ali məktəblərə qəbul imtahanlarının qaydasında son illər bir sıra dəyişikliklər edilib. Bu dəyişikliklər abituriyentin xeyrinədir, ziyanına? Builki qəbul imtahanlarında maksimum bal toplayan abituriyentlər niyə azalıb? Təhsil eksperti Kamran Əsdov Modern.az saytına bildirib ki, dəyişikliklər əsasən kurikulum sistemi ilə bağlıdır: “Bildiyimiz kimi, ölkədə 2008-ci ildən etibarən tədris kurikulum standartları ilə həyata keçirilir. İlk dəfə olaraq kurikulumla 1-ci sinifə gedən uşaqlar 2019-cu ildə orta məktəbi bitirirlər. Onların təhsil aldığı müdətdə əldə etdiyi bilik və bacarıqlar əvvəlki qaydalarda öyrədilmirdi. Onlar artıq ənənəvi üsulla yox, yeni tədris praqramları ilə tədris prosesində iştirak edəcəklər. Onların bilik və bacarıqlarının yoxlanılması ənənəvi test tapşırığı modelləri ilə həyata keçirilməsi mümkün deyil. Belə deyək ki, 2008-ci ilə qədər tədris yaddaş məktəbiydisə, artıq biz yaddaş məktəbindən təfəkkür məktəbinə keçirik. Bundan sonra şagirdlərdə yeni bilik və bacarıqlar formalaşmalıdır. Ona görə də qəbul qaydalarının dəyişməsi bu tədris proqramına uyğunlaşmayla bağlıdr, yəni əvvəllər dərsliklərdə olan bir neçə informasiya, artıq yeni dərsliklərdə yoxdur. Tədris proqramımız yeni şəxsiyyətin formalaşması istiqamətində qurulub. Qəbul qaydalarında dəyişiklik məhz bununla əlaqədardır. Nə qədər keyfiyyətlidir, yaxud hansı sistem daha əlverişlidir, bunu zaman göstərəcək”. Ekspert 11 il ərzində şagirdlərin bu sistemi tam mənimsəyə bilmədiyin deyib: “İlkin təhlillərdə müşahidə olunur ki, 11 il ərzində şagirdlərimiz yeni sitemi tam şəkildə mənimsəyə bilməyiblər. Şagirdlər arasınada yeni sistemə uyğun test tapşırıqlarına maksimum cavab verən abituriyentlərin sayı demək olar ki, yox səviyyəsindədir. Ümumilikdə yüksək ballı abituriyentlərin sayı da bunu deməyə əsas verir. Keçən il ümumilikdə 29 nəfərə yaxın abituriyent maksimum bal toplamışdısa, bu il ümumilikdə qəbul imtahanlarında maksimum bal toplayan yoxdur.Bu onu göstərir ki, yeni sistem hələ tam şəkildə mənimsənilməyib. Proqramın tamlığıyla bağlı müəyyən qüsurlar və çatışmazlıqlar var. Bu sistemin özünü doğruldub-doğruldmayacağını zaman göstərəcək. Kitablarımızın nə qədər keyfiyyətli olmağı, müəllimlərimizin yeniliyə hazır olmaqları və onu necə tətbiq etdiklərini biz bu prosesin sonunda biləcəyik”. aia.az Geri dön |