Ana Sayfa > Manşet / Ölkə > Azərbaycanın Avtomobil Yolları Dövlət Agentliyi–

Azərbaycanın Avtomobil Yolları Dövlət Agentliyi–


23-05-2019, 14:58. Yazar: admin
Azərbaycanın Avtomobil Yolları Dövlət Agentliyi–




“14 №-li xüsusi təyinatlı Yol İstismar” MMC-nin fəaliyyəti yüksək effektivliyi ilə diqqəti cəlb edir

Azərbaycanın Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov: “Prezident İlham Əliyevin birbaşa dəstəyi və qayğısı nəticəsində cari ilin ilk 3 ayı ərzində də yol infrastrukturunun müasirləşdirilməsi, hərtərəfli inkişafı üçün çox böyük işlər görülüb, respublikanın avtomobil yollarının inkişafı istiqamətində çox mühüm layihələr həyata keçirilməklə bir sıra nailiyyətlər əldə edilib.”

“14 №-li xüsusi təyinatlı Yol İstismar” MMC-nin direktoru Araz Bəndəliyev: “ Son 15 ildə ölkədə yol-nəqliyyat infrastrukturunun qurulması ilə bağlı görülən işlər bir daha əminlik yaradır ki, bu sahədə layihələrin icrasının dayanıqlığı və davamlılığı tam təmin olunub.”

İlin ilk rübünün yekunları iş dinamikasının yüksəlməsindən xəbər verir[/b]




Ölkə Prezidenti İlham Əliyevin birbaşa dəstəyi və qayğısı nəticəsində ötən illərdə olduğu kimi, cari ilin ilk 3 ayı ərzində də respublikamızın bütün ərazisində yol infrastrukturun müasirləşdirilməsi, hərtərəfli inkişafı üçün çox böyük işlər görülüb, ölkənin avtomobil yollarının inkişafı istiqamətində çox mühüm layihələr həyata keçirilməklə bir sıra nailiyyətlər əldə edilib. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində keçirilmiş və 2019-ci ilin I rübündə yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələrin icrasına həsr olunan iclasda etdiyi çıxışında Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov ətraflı məlumat verib. AAYDA rəhbəri vurğulayıb ki, cənab Prezidentin tapşırıq və sərəncamlarınln icrası ilə əlaqədar olaraq tərtib edilmiş Tədbirlər Planına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi tərəfindən 2019-cu ilin I rübü ərzində uzunluğu 44.4 km respublika və yerli əhəmiyyətli avtomobil yolları tikilib istifadəyə verilib.

Həmçinin 2019-cu ilin I rübü ərzində uzunluğu 20.5 km olan Mingəçevir – Stansiya Mingəçevir – Bəhramtəpə (137 km) – Beyləqan avtomobil yolunun Prezident cənab İlham Əliyevin iştirakı ilə yenidənqurmadan sonra açılış mərasimləri keçirilib. Açılış zamanı tikintisi başa çatdırılmış uzunluğu 39,4 km olan Kəbirli – Eyvazalılar – Birinci Aşıqlı – Əlinəzərli avtomobil yolunun təqdimatı da keçirilib.



İclas zamanı bu da qeyd olunub ki, daxili investisiya və xarici kreditlər hesabına hazırda 5 respublika əhəmiyyətli avtomobil yolu yenidən qurulur, 1 yeni magistral yol inşa edilir, həmçinin 4 magistral avtomobil yolunun müəyyən hissələrinin yenidən qurulması, genişləndirilməsi və bərpası işləri aparılır. Rusiya ilə sərhəddə yerləşən Samur çayı üzərində yeni avtomobil körpüsü inşa edilir.

[b]Bakıətrafı qəsəbələrin yol-nəqliyyat infrastrukturu yenidən qurulur


Həmçinin AAYDA-da keçirilmiş hesabat xarakterli iclasda etdiyi çıxışında Saleh Məmmədov bunu da qeyd edib ki, 2019-cu ilin dövlət büdcəsində dövlət əsaslı vəsaitqoyuluşundan respublikanın kəndlərarası və Bakı şəhərinin qəsəbələrarası avtomobil yollarının tikintisi məqsədilə Agentliyə ayrılmış vəsait hesabına 50 layihənin icrası davam etdirilir ki, bunlardan 11 layihə Bakı şəhərinin qəsəbələrarası avtomobil yollarına aiddir. O cümlədən bu layihələr çərçivəsində indiyədək 48.4 km uzunluğunda Bakı şəhəri və onun qəsəbələrinin avtomobil yolları, prospekt və küçələri tikilib, yenidən qurulub və təmir olunub. Bundan başqa 1 yeni körpü tikilib, 5 körpü və 1 yeraltı piyada keçidi isə təmir olunub.



Həmçinin 2019-cu ilin I rübü ərzində Xəzər rayonu Buzovna – Mərdəkan – Qala avtomobil yolunun 5,4 kilometrlik Mərdəkan – Qala hissəsinin tikintidən sonra Prezident cənab İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilib.

Bu arada belə bir məqamı da xüsusilə qeyd etmək istərdik ki, Bakı şəhəri ərazisində yol-nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində görülən işlərdə “14 №-li xüsusi təyinatlı Yol İstismar” MMC-nin də özünün kifayət qədər böyük payı vardır.

Araz Bəndəliyevin rəhbərlik etdiyi MMC ən məsuliyyətli sahələrdə çalışır




“14 №-li xüsusi təyinatlı Yol İstismar” MMC Bakı şəhərinin Tbilisi prospekti, Azadlıq prospekti, İzzət Nəbiyev küçəsi, İsmayıl Hidayətzadə küçəsi, Dilarə Əliyeva küçəsi və bir sıra başqa bu kimi yüksək intensivlikli hərəkət rejimi ilə seçilən küçə və prospektlərdə əsaslı təmir-tikinti işlərini həyata keçirmişdir. Həmçinin MMC “Ağ şəhər” layihəsində iştirak etmiş, Binəqədi – Novxanı – Corat avtomobil yolunun, Balaxanı – Binəqədi – Xırdalan dairəvi yolunun əsaslı təmir işlərini həyata keçirmişdir. Qeyd edək ki, Novxanı – Corat avtomobil yolunun uzunluğu 13,2 km, hərəkət hissəsi isə 12,5 m-dir. Balaxanı – Binəqədi – Xırdalan dairəsinə qədər yolun uzunluğu 19,2 km, hərəkət hissəsi 10 m-dir. “Ağ şəhər” layihəsi çərçivəsində X.Rüstəmov və S.Vəzirov küçələrinin kəsişməsində piyada keçidi inşa edilmiş, 30.000 pm mərmər və 42.000 pm beton səki daşı, səkilərə 60.000 kv.m tamet daşı düzülmüş, 550 metr istinad divarı çəkilmişdir. Bu il Təbriz, Ə.Rəcəbli, S.Əskərova, Mir Cəlal, H.Seyidzadə küçələrində təmir-tikinti işləri aparılmışdır. Bundan başqa “14 №-li xüsusi təyinatlı Yol İstismar” MMC tərəfindən bölgələrdə də işlər davam etdirilir. Belə ki, hazırda Şabran rayonunda 20 km dördüncü dərəcəli kəndarası yol inşa edilir. Qeyd etmək lazımdır ki, bütün bu işlər Araz Bəndəliyevin rəhbərlik etdiyi “14 №-li xüsusi təyinatlı Yol İstismar” MMC-nin əmək kollektivi tərəfindən yalnız yüksək keyfiyyətlə və təyin edilən qrafiklərə uyğun şəkildə həyata keçirilir. Bunun da əsas səbəblərindən biri MMC-nin direktoru Araz Bəndəliyevin öz işinə xüsusi yanaşma tərzi təyin etməsidir. Hətta bunu da demək olar ki, Araz müəllimin yol tikintisi ilə bağlı özünün bir fəlsəfəsi vardır. Ölkə mətbuatına verdiyi müsahibələrinin birində Araz Bəndəliyev bu məsələyə dair fikirlərini belə ifadə etmişdi: “Prezident İlham Əliyevin rəhbərliyi ilə son 15 ildə ölkədə həyata keçirilən irimiqyaslı layihələrin tərkibində xüsusi yeri və çəkisi olan yol-nəqliyyat infrastrukturunun qurulması ilə bağlı görülən işlər bir daha əminlik yaradır ki, bu sahədə layihələrin icrasının dayanıqlığı və davamlılığı tam təmin olunub. Bunu son 15 ildə ölkə üzrə çəkilən 15 min kilometr uzunluğunda yolların keyfiyyətindən də görmək olur. Bu yollar bir çox sahələrin inkişafına təkan verir, hər bir kənd və qəsəbəni ümumi inkişaf prosesinin bir hissəsinə çevirir. Təsadüfi deyil ki, indi ölkədə turizmin inkişafına müsbət təsri göstərən yeni və müasir yollar ucqar dağ kəndlərinə, o cümlədən Qubanın Xınalıq kəndinə, İsmayıllının Lahıc qəsəbəsinə, Şamaxının Dəmirçi kəndinə uzanır, bu yerlərə xarici qonaqların gəlməsinə geniş imkanlar açır, Azərbaycanın tarixinin, mədəniyyətinin təbliğinə xidmət edir. İndi yüksək keyfiyyətlə tikilən bu yollar cənub mirvarisi Lənkəranın, Qusarın Şahdağ Qış-Yay Turizm Kompleksinin, dənizkənarı bulvarı ilə seçilən gözəl təbiətli Astaranın iqtisadi potensialını artırır, bölgələrimizin sürətli inkişafını şərtləndirir...” Əlbəttə ki, bu fikirlərin müəllifi əməli işlərində də dövlətimiz tərəfindən qarşıya qoyulan vəzifələrin dəqiq və səmərəli icrasını təmin edə bilmək üçün həm özünün, həm də rəhbərlik etdiyi kollektivin bütün potensialını, bilik və təcrübəsini hər zaman səfərbər vəziyyətdə saxlamağı bacarır. Məhz bunun nəticəsidir ki, icrası “14 №-li xüsusi təyinatlı Yol İstismar” MMC-yə həvalə olunmuş layihələrin uğuru da sanki əvvəlcədən müəyyənləşdirilmiş olur.




Şübhə etmirik ki, Araz Bəndəliyevin yüksək peşəkarlığı və effektiv idarəçilik qabiliyyəti hələ uzun illər “14 №-li xüsusi təyinatlı Yol İstismar” MMC-nin Bakı şəhərində və bölgələrimizdə yolların müasir standartlar səviyyəsində yenidən qurulması işinə, eləcə də yerli iqtisadiyyatın inkişafına yeni böyük töhfələr verməsini təmin edəcəkdir.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov
Geri dön