Ana Sayfa > Karusel / Parlament > Yevlaxda tələbələri aparan mikroavtobus qəzaya düşdü
Yevlaxda tələbələri aparan mikroavtobus qəzaya düşdü23-05-2019, 10:24. Yazar: sevinc1 |
![]() Yevlaxda baş verən yol qəzasında 22 nəfər xəsarət alıb. aia.az ONA-ya istinadən xəbər verir ki, qəza nəticəsində bir nəfər hadisə yerində, digəri isə xəstəxanaya aparılarkən yolda ölüb. Ölənlərin hər ikisi qadındır. Onlar - 2006-cı il təvəllüdlü Sevindik Tamerlan qızı İmanzadə və Səadət Məzahir qızı Musayevadır. Yaralılardan 19 nəfəri Yevlax Mərkəzi Rayon Xəstəxansına, 3 nəfəri isə Mingəçevir şəhər Xəstəxanasına yerləşdiriliblər. Xəsarət alanların əksəriyyəti Yevlax sakinləridir. *** Yevlax rayonunun Xaldan qəsəbəsi ərazisində "Mercedes" markalı mikroavtobusun aşması nəticəsində iki nəfər ölüb. aia.az ONA-ya istinadən xəbər verir ki, Mingəçevir xəstəxanasına çatdırılan yaralılardan gənc bir qız orada keçinib. Ümumilikdə isə qəza nəticəsində bir nəfərin hadisə yerində dünyasını dəyişdiyi, daha 7 nəfərin yaralı halda Yevlax xəstəxanasına, 3 nəfərinsə Mingəçevir xəstəxanasına çatdırıldığı məlumdur. aia.az Geri dön |