Ana Sayfa > Siyasət > Deputat:
Deputat:22-05-2019, 17:00. Yazar: sevinc1 |
Əli Kərimlinin yanlış siyasi gedişləri aid olduğu siyasi partiyanın parçalanması və sosial bazası kiçik bir qrupdan olan dərnəyə çevrilməsinə səbəb olub. Öz partiyası daxilində siyasi nüfuz sahibi olmayan bir şəxsin hakimiyyət iddiaları da gülüncdür. Bunu Trend-ə Yeni Azərbaycan Partiyasından millət vəkili Sona Əliyeva deyib. S.Əliyeva bildirib ki, Ə.Kərimlinin son vaxtlar aqressivləşməsinin əsas səbəblərindən biri də meydanda tək və çarəsiz qalmasıdır: "Çünki Əli Kərimli hakimiyyətlə radikal üsullar, söyüş mexanizmləri ilə mübarizə aparmağın müşkül olduğunu dərk etməyə başlayıb. Amma bu dərketmə çoxdan olmalı idi. Tərəfdarları onun 19 illik məğlubiyyətini həzm edə bilmədilər. Partiyadan uzaqlaşdılar". Millət vəkilinin sözlərinə görə, bu proses hazırda da davam edir: "Çünki düşünə bilən insanlar Əli Kərimlinin tutduğu yolun kökündən yanlış olduğu və siyasi etikaya xas olmadığını anlamağa başlayıblar. Onlar hakimiyyətin humanizm və şəffaf idarəetmə metodlarını analiz edincə gördülər ki, Azərbaycan dövləti struktur islahatlarından sonra sürətli, daha çevik idarətmə prosesinə qədəm qoyub. Əli Kərimli isə 19 ildir siyasi dərnəyə çevirdiyi partiya daxilində belə demokratik seçkilər keçirə bilmir. Hətta iş o yerə gəlib çatıb ki, vaxtilə ona xaricdən dəstək verən bəzi qüvvələr də Əli Kərimlini tərk edirlər. əvvəlki düzgün olmayan mövqelərinə görə hakimiyyətdən üzr istəyirlər. Bu isə meydanda tək qalmış Əli Kərimlini daha da qəzəbləndirib. O, tutduğu yolun yanlış olduğunu anlamalı idi. İnanıram ki, bir gün Əli Kərimli də səhvini anlayıb hakimiyyətdən üzr istəyəcək". aia.az Geri dön |