Ana Sayfa > Karusel / Gündəm > Diaspor Komitəsi Fuad Abbasovla bağlı açıqlama yaydı

Diaspor Komitəsi Fuad Abbasovla bağlı açıqlama yaydı


22-05-2019, 15:46. Yazar: sevinc1
Diaspor Komitəsi Fuad Abbasovla bağlı açıqlama yaydı


Azərbaycan vətəndaşı, jurnalist Fuad Abbasovun Rusiya Federasiyasının ərazisində saxlanılması ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinə çoxsaylı müraciətlər daxil olur.



Dövlət Komitəsi bu məsələnin mövcud normalar və insan haqqlarının təmin olunması çərçivəsində tezliklə həll olunacağına ümid edir.



Modern.az-ın məlumatına görə, Dövlət Komitəsi bəyan edir ki, öz imkanları çərçivəsində məsələnin müsbət həllinə yardım etməyə hazırdır.



“Soydaşlarımızı yaranmış vəziyyətin süni gərginləşdirilməsinə apara biləcək addımlardan çəkinməyə çağırırıq!”.

aia.az
Geri dön