Ana Sayfa > Siyasət > Keçmiş baş nazirin eks-nazirləri -
Keçmiş baş nazirin eks-nazirləri -22-05-2019, 14:34. Yazar: sevinc1 |
Azərbaycanın sabiq nazirlərinin bir neçəsinin səhhətində problemlər mövcuddur. Uzun müddətdir, sosial şəbəkələrdə və mətbuatda paylaşılan məlumatlara görə, sabiq xarici işlər naziri Tofiq Qasımov, keçmiş təhsil naziri Firudin Cəlilov və sabiq daxili işlər naziri İsgəndər Həmidov müxtəlif xəstəliklərdən əziyyət çəkirlər. Bəs vaxtilə həmin şəxslərin də daxil olduğu hökumətin baş naziri vəzifəsində çalışmış Pənah Hüseyn onların səhhətilə maraqlanıbmı? Modern.az-ın əməkdaşı Pənah Hüseynlə əlaqə saxlayıb. Məlum olub ki, o da tam məlumatlı deyil. Pənah Hüseyn Tofiq Qasımovla uzun müddətdir əlaqəsinin olmadığını söyləyib: “Amma adlarını çəkdiyiniz digər sabiq nazirlərimiz – Firudin Cəlilov və İsgəndər Həmidovun səhhətində problemlər olduğundan xəbərdaram. Hazırda hansısa təhlükənin olub-olmadığını bilmirəm”. Qeyd edək ki, mayın 19-da keçmiş nazir İsgəndər Həmidovun vəziyyəti pisləşib. Onun köməkçisi Türkiyəyə aparıldığı barədə xəbər yayıb. Firudin Cəlilov isə hazırda İstanbulda müalicə alır. O mayın 18-də vəziyyətinin yaxşılığa doğru getdiyini bildirmişdi. İsveçrədə yaşayan Tofiq Qasımovun səhhətinin pisləşməsi haqqında isə bir müddət əvvəl sosial mediada informasiya yayılmışdı. aia.az Geri dön |