Ana Sayfa > İdman > Azərbaycan Tokio-2020-yə ilk lisenziyanı qazanıb

Azərbaycan Tokio-2020-yə ilk lisenziyanı qazanıb


22-05-2019, 10:34. Yazar: sevinc1
Azərbaycan Tokio-2020-yə ilk lisenziyanı qazanıb


Azərbaycan millisi 2020-ci ildə Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunlarına ilk lisenziyanı qazanıb.

aia.az ONA-ya istinadən xəbər verir ki, bu uğura atlet Anna Skidan imza atıb.

Çəkicatma növündə çıxış edən idmançımız Çinin Nanjinq şəhərində keçirilən “World Challange”də 72,92 m nəticə göstərərək, 5-ci olub. Bu, onun Tokio-2020-yə vəsiqəsini rəsmiləşdirib. Halbuki Olimpiadaya lisenziya əldə etmək üçün 72,50 m nəticə də kifayət idi.

Qeyd edək ki, Tokio-2020 iyunun 24-dən avqustun 9-dək keçiriləcək. A. Skidan isə Rio-2016-dan sonra ikinci dəfə Oyunlarda mübarizə aparacaq.


aia.az
Geri dön