Ana Sayfa > İqtisadiyyat > Azərbaycanda nə qədər dövlət istiqrazları buraxılıb?

Azərbaycanda nə qədər dövlət istiqrazları buraxılıb?


22-05-2019, 10:31. Yazar: sevinc1
Azərbaycanda nə qədər dövlət istiqrazları buraxılıb?


Ötən il ərzində Azərbaycanda ümumi həcmi 900 mln. manat, o cümlədən 400 mln. manat qısamüddətli (6 aylıq və 1 illik) və 500 mln. manat ortamüddətli (2-3 illik) dövlət istiqrazları emissiya edilib.

Bu, "Azərbaycanın 2018-ci il dövlət büdcəsinin icrası barədə" qanun layihəsində əksini tapıb.

Emissiya edilən dövlət istiqrazları üzrə 781,4 mln. manat məbləğində dövlət istiqrazları "Bakı Fond Birjası” QSC vasitəsilə daxili bazarlarda yerləşdirilib. Bu hesaba diskont da nəzərə alınmaqla, 753,6 mln. manat vəsait dövlət büdcəsinə daxil olub. 2018-ci il və ondan əvvəlki illər ərzində yerləşdirilmiş dövlət istiqrazları üzrə 618,2 mln. manat məbləğində vəsait hesabat ili ərzində investorlara geri ödənilib.

2018-ci ildə xarici valyuta nominallı dövlət qiymətli kağızlarının buraxılışı həyata keçirilməyib.(ONA)

aia.az
Geri dön