Ana Sayfa > Manşet / Ölkə > Bakının mərkəzi bağlanmayacaq -
Bakının mərkəzi bağlanmayacaq -21-05-2019, 17:17. Yazar: sevinc1 |
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) mayın 25-dən 31-nə qədər "Tarqovı”ya yerli sakinlərin buraxılmamasına münasibət bildirib. BŞİH-in mətbuat xidmətindən bildirilib ki, bu barədə mətbuatda yayılan məlumatlar həqiqətəuyğun deyil və hər hansı məhdudiyyət tətbiq edilməyib. "Belə məlumatlar şəbəkə təxribatı xarakteri daşıyır. Futbol kütlələrin baxdığı, azarkeşlik etdiyi oyundur. Onu hamı sevir və hər hansı məhdudiyyət yolverilməzdir. Əksinə həmin gün şəhərdə bayram əhval-ruhiyyəsi hökm sürəcək, müxtəlif tədbirlər keçiriləcək", - o qeyd edib. aia.az Geri dön |