Ana Sayfa > Ölkə > “Gənclər kuboku:Aprel zəfəri” layihəsi başa çatıb

“Gənclər kuboku:Aprel zəfəri” layihəsi başa çatıb


12-05-2019, 17:17. Yazar: sevinc1
“Gənclər kuboku:Aprel zəfəri” layihəsi başa çatıb


Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə "İrəli” İctimai Birliyi "Gənclər kuboku:Aprel zəfəri” layihəsini həyata keçirib.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.2.2 maddəsində "gənclər arasında fiziki aktivlik səviyyəsinin artırılması, onların, eləcə də valideynlərin, müəllimlərin və gənclərlə işləyən digər şəxslərin sağlam həyat tərzi və fiziki aktivlik sahəsində maarifləndirilməsi, bununla bağlı maarifləndirmə tədbirlərinin keçirilməsi” müddəaları qeyd edilir. "İrəli” İctimai Birliyi dövlət proqramının alt sənədinə uyğun olaraq "Gənclər Kuboku: Aprel Zəfəri” layihəsini həyata keçirir.Layihə eyni zamanda Azərbaycan Ordusunun hərb tarixinə yazılan şərəfli, qürur tariximiz olan Aprel döyüşlərinə həsr olunub. Layihənin final mərhələsi aprel ayında həyata keçiriləcəkdir.

Layihə çərçivəsində 7 idman növündən yarışlar zamanı video çarxlar çəkilib. Çəkilən videoçarxlarda əsas məqsəd gənclərin idmana marağının artırılması, vətənpərvərlik məfkurəsinin təbliği, gənclər təşkilatlarının fəaliyyəti haqqında ictimaiyyətə geniş məlumatı çatdırmaq olub.

"Gənclər Kuboku: Aprel Zəfəri” layihəsi 7 idman növünü əhatə edən və müxtəlif gənclər qrupları arasında keçirələcək idman çempionatıdır. Adı çəkilən layihədə 1000-dən artıq gəncin iştirakı nəzərdə tutulub. Yarışlar mütəmadi olaraq həftə sonları paralel şəkildə keçiriləcək. LayihəFutbol, Voleybol, Paintball, Səmti müəyyənetmə, Atıcılıq, Velosiped, Yüngül atletikaidman növləri üzrə gənclər tərəfindən oynanılacaq yarışları əhatə edəcəkdir.

Videoya baxmaq istəyən şəxslər aşağıdakı linkə daxil olub, izləyə bilərlər.

Link:https://www.youtube.com/watch?v=-cLEtJq81n0

aia.az
Geri dön