Ana Sayfa > Parlament / Aia TV / Karusel > Ağstafa rayonu ərazisində Gürcüstandan gətirilən 3 baş donuz cəmdəyi aşkar edilmişdir
Ağstafa rayonu ərazisində Gürcüstandan gətirilən 3 baş donuz cəmdəyi aşkar edilmişdir16-01-2016, 18:03. Yazar: admin |
İnsan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan sərəncam və fərmanların icrası məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinin tapşırığına əsasən Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) və onun yerli qurumları tərəfindən reydlər davam etdirilir. Yanvarın 16-da belə bir reyd DBNX-nin Ağstafa rayon Baytarlıq İdarəsi tərəfindən aparılmışdır. Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taboru əməkdaşlarının iştirakı ilə keçirilən reyd zamanı Ağstafa rayonunun Poylu ərazisində 3 baş kəsilmiş donuz cəmdəyi Azərbaycan vətəndaşı Abbasov Şəmkir Əjdər oğlu tərəfindən "VAZ-2107" markalı 25 BF 883 dövlət nömrə nişanlı avtomobildə daşınarkən aşkar edilmişdir. Heyvan cəmdəklərinə baxış keçirilərkən onların mənşəyi və sağlamlığı haqqında baytarlıq arayışının olmadığı məlum olmuşdur. O da məlum olmuşdur ki, donuz cəmdəklər Gürcüstan ərazisindən ölkəmizə gətirilib. Cəmdəklərdən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək laboratoriyaya göndərilmişdir.Laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun müvafiq qərar qəbul ediləcək. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, bu istiqamətdə reydlər həm Bakı şəhərində, həm də bütün bölgələrdə mütəmadi olaraq davam etdiriləcək. Mənşəyi məlum olmayan, keyfiyyəti şübhə doğuran, insan qidası və sağlamlığı üçün yararsız və təhlükəli olan heyvandarlıq məhsullarının emalının və satışının qarşısı qətiyyətlə alınacaq və belə qanunsuz işlə məşğul olan fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcəkdir. Geri dön |