Ana Sayfa > Gündəm > Azərbaycanda xarici ticarət fəaliyyəti ilə bağlı qaydalar dəyişdi

Azərbaycanda xarici ticarət fəaliyyəti ilə bağlı qaydalar dəyişdi


21-05-2019, 09:00. Yazar: sevinc1
Azərbaycanda xarici ticarət fəaliyyəti ilə bağlı qaydalar dəyişdi


Nazirlər Kabineti 2012-ci il 11 aprel tarixli qərarı ilə təsdiq edilmiş qaydaya dəyişiklik edib.

Trend-in məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərarla Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə daha artıq müddət müəyyən edilməyibsə, Nazirlər Kabinetinin xarici ticarət fəaliyyətini tənzimləyən aktında onun dərc edildiyi gündən ən azı 30 gün sonra qüvvəyə mindiyi göstərilməlidir.

Bundan əvvəl bu tələb 30 gün sonra olaraq müəyyən olunmuşdu.

Qeyd edək ki, müstəsna hallarda, beynəlxalq təşkilatların dərhal məlumatlandırılması şərtilə, Nazirlər Kabinetinin xarici ticarət fəaliyyətini tənzimləyən aktı onda nəzərdə tutulmuş müddətdə qüvvəyə minə bilər.

aia.az
Geri dön