Ana Sayfa > Dünya > Zərif:
Zərif:20-05-2019, 17:29. Yazar: sevinc1 |
Makedoniyalı İsgəndər, Çingiz xan və başqalarının İranı məhv edə bilmədikləri kimi, ABŞ prezidenti Donald Tramp da buna nail ola bilməyəcək. Trend-in məlumatına görə, bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif öz "Twitter" səhifəsində yazıb. M.C.Zərif əlavə edib ki, iqtisadi terror “İranın sonuna” səbəb olmayacaq: "Heç vaxt bir iranlını hədələməyin. Hörmətlə yanaşın, bu metod effektivdir". Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp öz "Twitter" səhifəsində bildirmişdi ki, İran müharibə istəyirsə, bu rəsmən onların sonu olacaq: "Heç vaxt ABŞ-ı hədələməyin". aia.az Geri dön |