Ana Sayfa > Siyasət > Rusiya Elmlər Akademiyasının prezidenti Azərbaycana gəlir

Rusiya Elmlər Akademiyasının prezidenti Azərbaycana gəlir


20-05-2019, 17:09. Yazar: sevinc1
Rusiya Elmlər Akademiyasının prezidenti Azərbaycana gəlir


Rusiya Elmlər Akademiyasının prezidenti, akademik Aleksandr Sergeyev sabah ölkəmizə səfər edəcək.

Azərbaycan Milli Elmlər Akademiyasından Trend-ə verilən məlumata görə, A.Sergeyev və rəhbərlik etdiyi nümayəndə heyəti ilk dəfə Azərbaycan Milli Elmlər Akademiyasında olacaq.

Sabah səfər çərçivəsində hər iki akademiya arasında elmi-texniki əməkdaşlıq haqqında Saziş imzalanacaq.

Qonağın bir sıra yüksək səviyyəli görüşləri nəzərdə tutulur.


aia.az
Geri dön