Ana Sayfa > Təhsil > Gəncə-startap günləri başa çatdı
Gəncə-startap günləri başa çatdı20-05-2019, 10:25. Yazar: sevinc1 |
ASAN İNNOLAND, Startap Azərbaycan, Azərbaycan Beynəlxalq Bankı, SİNAM şirkətlərinin təşkilatçılığı ilə keçirilən ənənəvi Startap günləri çərçivəsində Gəncə yerləşən universitetlər üzrə keçirilən Gəncə-Startap Günləri-2019 başa çatdı. Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq təbabəti və zoomühəndislik və Aqrobiznes və idarəetmə fakültələrində təşkil edilən təbirin ikinci günündə finala vəsiqə qazanan 6 komandanın üzvləri üçün, startap layihəsinin formalaşdırılması, təqdimat bacarıqları və s. mövzular üzrə intensiv təlimlər keçirildi. Nahar fasiləsindən sonra Aqrobiznes və idarəetmə fakültəsinin akt zalında layihələrin təqdimatı oldu. Tədbirdə təşkilatçılar və mentorlarla yanaşı ADAU-nun tərbiyə işləri üzrə prorektoru, Aidə Qasımova və GDU-nun Elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə və digər professor müəllim heyəti də iştirak etdilər. Komandaların çıxışından və münsiflər heyətinin qiymətləndirməsindən sonra hər üçün universitetdə təşkilatı işlərdən göstərdiyi xidmətə görə diplom, layihədən əvvəldən sona qədər iştirak edən bütün tələbələrə SERTİFİKAT təqdim edildi. Həmçinin ADAU-nun üç müəllimi Fərrux Rəhimov, İsa Şəfiyev və Elay Zeynallı “Startap Günləri” tədbirlərində uğurlu mentorluq fəaliyyətinə görə TƏŞƏKKÜRNAMƏ ilə təltif edildi. Birinci, ikinci, üçüncü yerləri isə DİPLOM və qiymətli hədiyyələr verildi. Yarışmada birinci yerin qalibi Gəncə Dövlət Universitetinin tələbələrinin təqdim etdiyi “DiaDondurma” – diyetik (şəkərsiz) dondurma; ikinci yerin qalibi Azərbaycan Dövlət Aqrar Universiteti və Texnologiya Universiteti tələbələrinin birgə təqdim etdiyi “E-baytar” – baytarlar üçün virtual platforma; üçüncü yerin qalibi isə GDU tələbələrinin təqdim etdiyi “Tərzini yarat” – köynəklər üzərində istəyə uyğun dizayn edilməsi layihəsi seçildi. Qalib komandaların Bakıda keçiriləcək ölkə finalında iştirak edəcəyi barəsində məlumat verilməsi və xatirə şəkillərinin çəkilməsi ilə tədbir yekunlaşdı. Sonda bir daha təşkilatçılar yaradılan şəraitə və göstərilən qonaqpərvərliyə görə ADAU rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər. Fərrux Rəhimov – ADAU Tələbə Elmi Cəmiyyətinin və “ADAU Startap Klubu”nun sədri, assistent. aia.az Geri dön |