Ana Sayfa > Ölkə > Yolların kənarında dayanmış yük avtomobilləri qəza şəraiti yarasır -
Yolların kənarında dayanmış yük avtomobilləri qəza şəraiti yarasır -20-05-2019, 09:56. Yazar: sevinc1 |
Günümüzdə ən çox rastlaşdığımız problemlərdən biri də başda yaşayış yerləri olan ərazilər olmaqla yük avtomobillərinin bir sıra yolların kənarında icazəsiz saxlanmasıdır. Bu kimi hallar həm həmin ərazidə tıxacların yaranmasına, həm qəza şəraitinin artmasına, həm də piyadalar üçün çox təhlükəli vəziyyətin baş verməsinə gətrib çıxarır. Modern.az saytı bu haqda görülməli olan tədbirlər haqqında daha ətraflı məlumat üçün yol məsələləri üzrə ekspert. hüquqşünas Ərşad Hüseynova müraciət edib. “Burda 2 məsələ var. Birincisi, istənilən avtomobil, o cümlədən də yük maşını dayanma-durma qaydalarına uyğun saxlanılmalıdır. Bu qayda bütün nəqliyyat vasitələrinə aiddir. Yük avtomobilləri üçün daynma-durma qaydalarının daha ciddi tələbləri var, çünki onlar ölçü və qabaritlərinə görə buna daha çox əməl etməlidir. Küçədə bucaq altında mink avtomobili ilə dayanamaq olar, amma yük avtomobiliylə həmişə paralel dayanmaq olar”. Ekspert bu kimi hallarla bağlı digər ölkələrdəki təcrübələrdən də danışıb: “Dünyanın hər yerində maraqlı təcrübə var. Təcrübə ondan ibarətdir ki, kommersiya təyinatlı avtomobilləri istənilən yerdə saxlanmasına icazə yoxdur. Bizim qanunvericiliyi təhlil etsək, qanunvericilikdə də bu var. Yük maşınları xüsusu qulluq və diqqət tələb edir. Onlara həm ölçü, həm də təyinatına görə xüsusi yanaşma nəzərdə tutulub. Bu yanaşmanın elementlərindən biri odur ki, həmin avtomobillər xüsusi qarajlarda saxlanılmalıdır. Sovet dövründə belə hallar olmurdu. Heç kəs küçədə belə hallarla rastlaşmırdı. Hətta nəinki paytaxtda, kəndlərdə belə kolxozun öz qarajları olurdu və orda saxlanılırdı. Qanunun marqlı bir tələbi var və bu, tam icra olunmur. Bu avtomobillərin sürücüləri hər gün reysdən qabaq tibbi yoxlamadan, avtomobillər isə texniki baxışdan keçirilməlidir. Əfsuslar olsun ki, hazırda bu infrastruktur pozulub. Bu kimi halların qarşısı tədricən alınmaldır. Ümumilədirilmiş bir şərait yaradılmalıdır. Tutalım bir vətəndaşın şəxsi yük avtomobili var və təbii olaraq o, özü üçün qaraj tikə bilməyəcək. Dünyanın bir çox yerində belə hallarda həmin vətəndaşların daha çox işlədiyi ərazidə qaraj tikililir ki, avtomobilini aparıb ora qoya bilir”. Ə.Hüseynov məsələnin iqtisadi tərəfinə də toxunub: “Tutaq ki, bir nəfərin yük avtomobili var və Sumqayıt şəhərinin ərazisində sənaye müəssələrindən birinə yük daşıyır. Bu adam Xırdalanda yaşayırsa, hər gün Xırdalandan Sumqayıta avtomobil sürməyi səmərəli olmayacaq. Ən azı yanacağa görə bu, həmin adama sərf etməyəcək. Bunlara görə də dediyim kimi, bir sitem tətbiq olunsa, hər şey çox gözəl olar. Təbii ki, bu sistemi bir-iki adam yarada bilməz. Ancaq bu işlərlə məşğul olan dövlət qurumlarının nəzarəti altında həyata keçirilə bilər”. aia.az Geri dön |