Ana Sayfa > Şou-biznes / Aia TV / Karusel > ABŞ Rusiyaya qarşı sanksiyaları ləğv edə bilər

ABŞ Rusiyaya qarşı sanksiyaları ləğv edə bilər


16-01-2016, 13:20. Yazar: admin

“Rusiya bu gün məsələnin diplomatik həllinə köklənib”.

Birləşmiş Ştatlar tərəfindən Rusiyaya qarşı tətbiq edilən sanksiyalar cari ildə ləğv edilə bilər.

Oxu.Az “Amerikanın səsi”nə istinadən xəbər verir ki, sanksiyalar üzrə Dövlət departamentinin koordinatoru Deniel Frid buna ümid etdiyini ifadə edib.

O qeyd edir ki, Moskva Ukraynanın cənubi-şərqində vəziyyətin diplomatik həllinə köklənib. Məhz bu yaranan vəziyyətə görə, Rusiyaya qarşı Minsk razılaşmalarının yerinə yetirilməsi vasitəsilə məhdudlaşdırıcı tədbirlər tətbiq edilib.

“Minsk razılaşmaları həyata keçirilən kimi, daha dəqiq: Donbasda seçkilər keçirildikdən, hərbi fəaliyyət dayandırıldıqdan və Ukraynanın şərq sərhəddi bərpa edildikdən sonra sanksiyalar ləğv ediləcək”, - Dövlət departamentinin nümayəndəsi əminliklə bildirib.

“Rusiya bu məsələnin diplomatik həllinə köklənib”, - diplomat qeyd edərək, ABŞ-ın bunu yalnız “alqışlaya biləcəyini” də vurğulayıb.
Geri dön