Ana Sayfa > Təhsil > XI siniflərin buraxılış imtahanlarının nəticələri açıqlandı
XI siniflərin buraxılış imtahanlarının nəticələri açıqlandı17-05-2019, 17:39. Yazar: sevinc1 |
7 aprel 2019-cu il tarixində XI sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb. Bu barədə Modern.az-a Dövlət İmtahan Mərkəzindən bildirilib. Abituriyentlər iş nömrələrini 7727 qısa nömrəsinə göndərməklə nəticələrlə tanış ola bilərlər. Nəticələr bir neçə dəqiqədən sonra "dim.gov.az" saytına da yerləşdiriləcək. Xatırladaq ki, 7 aprel 2019-cu il tarixində Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçirilib. Həmin gün ümumilikdə 27659 şagird imtahan verib. aia.az Geri dön |