Ana Sayfa > Gündəm / Aia TV / Karusel > Qənirə Paşayeva Tailandın turizm və idman naziri ilə görüşüb

Qənirə Paşayeva Tailandın turizm və idman naziri ilə görüşüb


16-01-2016, 12:42. Yazar: admin
Qənirə Paşayeva Tailandın turizm və idman naziri ilə görüşüb
Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Tailandın Turizm və İdman naziri Kobkarn Vattanavrangkul ilə görüşüb. Aia.az-ın məlumatına görə, o, görüş zamanı Azərbaycanla bağlı geniş məlumatlar verib, ölkəmizin turizm potensialı və idman sahəsində əldə etdiyi uğurlar barədə danışıb.

"Azərbaycanla əlaqələrin və əməkdaşlığın daha da inkişafına önəm veririk" - deyən Kobkarn Vattanavrangkul bildirib ki, ölkələrimiz arasında kifayət qədər uzunmüddətli diplomatik münasibətlər mövcuddur və qarşılıqlı səfərlərin artması, əməkdaşlığın daha da genişlənməsi çox vacibdir.

Turizm də daxil olmaqla ölkələrimiz arasında bütün istiqamətlərdə əməkdaşlığın inkişafı üzün böyük imkanlar olduğunu xüsusi vurğulayan millət vəkili Tailandın turizm və idman nazirini ölkəmizə rəsmi səfərə dəvət edib. Q. Paşayeva nazirə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün, Xocalı Soyqırımı ilə bağlı geniş məlumatlar verib.

Tailandda çoxsaylı görüşlər keçirən millət vəkili Azərbaycan barədə daha çox məlumat vermək və əməkdaşlığımızın genişlənməsinə xidmət edən geniş müzakirələr aparmaqla yanaşı bu gözəl ölkəni daha geniş tanımaq imkanı da olub və bu ona Tailandla bağlı maraqlı bir kitab hazırlamaq üçün də önəmlidir.

K. Vattanavrangkul ölkəsini Azərbaycanda daha geniş tanıdacaq belə bir kitab və layihə üçün millət vəkilinə təşəkkür edib və Azərbaycana dəvəti böyük məmuniyyətlə qəbul edib.

Q. Paşayeva Tailandda da Azərbaycanı daha geniş tanıdacaq bir kitaba, sənədli filmə və layihələrə ehtiyac olduğunu deyərək bu istiqamətdə də təkliflərini səsləndirib və geniş fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Q. Paşayeva Tailandın turizm və idman nazirinə rəhbərlik etdiyi Avrasiya Beynlxalq Araşdırmalar İnstitutu İB-nın hazırladığı və içərisində Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən ingilis dilində sənədli filmlərin olduğu “Azərbaycan həqiqətləri” filmləri kataloqunu da hədiyyə edib.


Geri dön