Ana Sayfa > Təhsil > “Bu layihəni hazırlayanlar niyə cənab Prezidentin siyasətinə zidd gedirlər?”

“Bu layihəni hazırlayanlar niyə cənab Prezidentin siyasətinə zidd gedirlər?”


17-05-2019, 14:33. Yazar: sevinc1
“Bu layihəni hazırlayanlar niyə cənab Prezidentin siyasətinə zidd gedirlər?”


Milli Məclisdə özəl təhsil müəssisələri ilə bağlı təklif olunan rüsumlar etiraz doğurub.


Modern.az-ın məlumatına görə, deputat Musa Quliyev “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib:


“Prezident İlham Əliyev 2019-cu ili sosial müdafə, rifah ili elan etdiyi halda rüsumlar artırılır. Bu, cənab Prezidentin siyasətinə ziddir. Təhsil və səhiyyə dövlətin vətəndaş qarşısında konstitusion öhdəliyidir. Təhsil dövlətin xüsusi sosial layihəsidir. Bunun özəl və ya dövlət təhsil müəssisəsi olması fərq etməz. Onların hər ikisinə dövlətin dəstəyi olmalıdır. Qanunvericiliyə təkilif olunan dəyişikliyə əsasən, akkreditasidan keçmək üçün məktəbəqədər təhsil müəssisələri 3 000 manat, ümumtəhsil müəssisələri 5 000 manat, məktəbdənkənar təhsil müəssisələri 7 000 manat, peşə təhsili müəssisələri 10 000 manat, orta ixtisas təhsili müəssisələri 15 000 manat, ali təhsil müəssisələri 20000 manat, əlavə təhsil müəssisələri 15000 manat, təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr də 15 000 manat dövlət rüsumu ödəməlidir. Bu rüsum elə bilirsiniz sahibkardan alınacaq? Həmin rüsum sahibkardan alınmayacaq, öz övladını orada oxutdurmaq isyətən valideyndən alınacaq”.


M.Quliyev daha sonra etirazını bu cür ifadə edib:

"Bu layihəni hazırlayanlar niyə cənab Prezidentin siyasətinə zidd gedirlər? Bu, araşdırılmalıdır. Akkreditasiyanın dövlət öz vəsaiti hesabına ödəyib, deyə bilməz ki, ay vətəndaş, sənin özəl təhsil müəssisəsində oxuyan uşağına da dəstək verirəm. Bu, vətəndaş üçün böyük vəsaitdir. Prezident İlham Əliyev bu ili sosial rifah ili elan edibsə, biz də buna əməl edək, dəstək verək. Bu maddə gündəlikdən çıxarılsın və geri qaytarılsın”, – deputat vurğulayıb.


Deputatlar Qənirə Paşayeva, Məlahət İbrahimqızı, Eldar Quliyev də qanun layihəsinin əleyhinə olduğunu qeyd ediblər.

"Bu rüsumlar sahibkarladan çox vətəndaşın cibindən çıxarılacaq. Kənd yerlərində, rayonlarda bağçalar çatışmır. Ondan-bundan xahiş edirik ki, bağçaların təmirinə kömək edin. Belə rüsumlarla kim gedib bölgələrdə bağça açacaq və bu rentabelli olacaq?!”, - Qənirə Paşayeva bildirib.


Komitə sədri Ziyad Səmədzadə isə çıxışında qeyd edib ki, bu, birinci oxunuşdur və deputatların fikirləri müzakirə olunacaq, nəticə çıxarılacaq.


Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli isə qeyd edib ki, ikinci oxunuşa qədər Təhsil Nazirliyi ilə məsələni yenidən müzakirə edəcəklər.

aia.az
Geri dön