Ana Sayfa > Aia TV > Rəmişin müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürdü

Rəmişin müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürdü


17-05-2019, 11:27. Yazar: sevinc1
Rəmişin müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürdü


Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) səhhəti yenidən pisləşib.

aia.az xəbər verir ki, bu barədə Unikal.org-a açıqlamasında Rafiq Hüseynovun həyat yoldaşı Güllü Hüseynova bildirib ki, Rəmişin müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb:

"Rəmişin müalicəsi bu gündən başlayır. Onun ağciyərində, tənəffüs sistemində problem var. Xalq artistinin müalicəsi ölkəmizdə aparılacaq. Bizim bu sahədə yaxşı həkimlərimiz var. Onlar bu müalicəni öz üzərlərinə götürüblər. Ona görə, xaricə getməyə ehtiyac olmadı. Rəmişin müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb. Allah dövlətimizi qorusun. Allah prezidentimiz İlham Əliyevə və onun xanımı, ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevaya can sağlığı versin."


aia.az
Geri dön