Ana Sayfa > Manşet / Təhsil > ADAU-nun rektoru İsveç Kənd Təsərrüfatı Elmləri Universitetinin nümayəndə heyətini qəbul edib

ADAU-nun rektoru İsveç Kənd Təsərrüfatı Elmləri Universitetinin nümayəndə heyətini qəbul edib


16-05-2019, 14:54. Yazar: sevinc1
ADAU-nun rektoru İsveç Kənd Təsərrüfatı Elmləri Universitetinin  nümayəndə heyətini qəbul edib




Azərbaycan Dövlət Aqrar Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov İsveç Kənd Təsərrüfatı Elmləri Universitetinin nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətində İPBES (Biomüxtəliflik və Ekosistem Xidmətləri üzrə Hökumətlərarası Elmi-Siyasət Platforması), gənc Ekosistem Xidmətləri üzrə mütəxəssislər (YESS) şəbəkəsinin üzvü Anna Filyuşkina, Tədqiqatçı, Heyvanların qidalanma və menecment Departamentindən Martin Knicky və Lahiyə administratoru Hallvard Vie təmsil olunub.

Qəbul zamanı rektor İbrahim Cəfərov təhsil müəssisəsi haqqında ətraflı məlumat verib. Bildirib ki, hazırda tələbələrin 10 faizi rus dilində təhsil alır. 5 ixtisasda ingilis dilli qruplarımız var. Qalan tələbələrimiz isə azərbaycan dilində təhsilə yiyələnirlər. Dövlət aqrar sahəyə və aqrar təhsilə xüsusi qayğı göstərir. Təkcə son 3 ildə 35 milyan dollar həcmində vəsait ayrılıb və universitetin maddi texniki bazası ən müasir səviyyədə qurulub. Yeni tədris korpusu və texniki peşə məktəbi tikilir. Biz istərdik sizin kənd təsərrüfatı imkanlarınızdan da yararlanaq. Bunun üçün qarşılıqlı əməkdaşlığın əsasını qoymalıyıq. Siz həm də İsveçdən gələn ilk nümayəndə heyətisiniz.

Qonaqlar isə öz növbəsində səmimi qəbul və ətraflı məlumat üçün rektor İbrahim Cəfərova minnətdarlığını bildirib, Aqrar universitetdə olmaqlarından məmunluğunu ifadə ediblər. Ümid ediblər ki, bu səfər genişmiqyaslı əməkdaşlığın başlanğıcı ola bilər. Qonaqlar onu da nəzərə çatdırıblar ki, Avroa Birliyinin proqramları çərçivəsində əməkdaşlıq daha effektli olar. Biz tədqiqatçıların, müəllim və tələbələrin mübadiləsini edə bilərik. Avqust ayının sonunda tədqiqatla bağlı böyük bir tədbirimiz olacaq. İstərdik sizdən də nümayəndələr olsun. Beləcə əməkdaşlığın ilk addımını atmış olarıq. Heyvandarlıq və torpaqşünaslıq sahələrində biz çox əhəmiyyətli əməkdaşlıq edə bilərik. Burda tədqiqatçıların düzgün seçilməsi başlıca şərtdir. Eyni zamanda qida təhlükəsizliyi istiqamətində də əməkdaşlıq edə bilərik. Avropa İttifaqının Şərq tərəfdaşlığı çərçivəsində müxtəlif iqlim şəraitli layihələrin gerçəkləşməsində əməkdaşlıq üçün seçdiyimiz 6 universitetdən biri də sizin universitetdir. Hesab edirik bu cür başlayıb sonra əməkdaşlığı daha geniş miqyasda davam etdirməliyik.

Qəbuldan sonra qonaqlar heyvandarlıq kompleksi, quşçuluq və balıq yetişdirmə təsərrüfatları, torpaqşünaslıq laboratoriyası və digər sahələrlə tanış olublar.

aia.az




Geri dön