Ana Sayfa > Manşet / Qərbi Azərbaycan > Avroliqanın finalı ilə bağlı 39 təcili yardım briqadası ayrılıb
Avroliqanın finalı ilə bağlı 39 təcili yardım briqadası ayrılıb16-05-2019, 12:30. Yazar: sevinc1 |
UEFA Avropa Liqasının final oyunu ilə bağlı 39 təcili tibbi yardım briqadası ayrılıb. Bu barədə ONA-ya Bakı Şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev məlumat verib. Baş həkim bildirib ki, 10 təcili tibbi yardım briqadası ehtiyatda qalacaq: “Yerdə qalan digər təcili tibbi yardım briqadaları qonaqların yaşadıqları ərazilərdə, məşqlərin keçirilmə zonasında və bilavasitə Bakı Olimpiya Stadionunda fəaliyyət göstərəcəklər”. R. Nağıyev Avropa Liqasının finalı ilə bağlı mayın 25-dən etibarən təcili tibbi yardım xidmətinin gücləndirilmiş rejimdə çalışacağını da vurğulayıb. Xatırladaq ki, mayın 29-da Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının finalında İngiltərənin "Çelsi" və "Arsenal" futbol klubları qarşılaşacaqlar. aia.az Geri dön |