Ana Sayfa > Siyasət / Aia TV / Karusel > İlham Əliyev və Serj Sarkisyanın görüş yeri bəlli oldu
İlham Əliyev və Serj Sarkisyanın görüş yeri bəlli oldu4-07-2015, 17:17. Yazar: admin |
Prezidentlərin görüşünü təşkil etmək üçün həmsədrlər regiona səfərə gəlir Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün vaxtı və yeri açıqlanıb. İlham Əliyev və Serj Sarkisyan bu ilin sentyabrında ABŞ-da görüşəcəklər. Görüş BMT Baş Assambleyasının Nyu-Yorkda növbəti iclası çərçivəsində baş tutacaq və bu, iki ölkə prezidentinin son illərdə sayca dördüncü görüşü olacaq. Elə bu məqsədlə də ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona növbəti səfəri gözlənilir. Onlar Azərbaycanın və Ermənistanın dövlət başçılarının görüşünün təşkili məsələsini müzakirə etməyə hazırlaşırlar. İlham Əliyev və Serj Sarkisyan Həmsədrlərin regiona səfəri barədə iki gün əvvəl ABŞ-ın Dövlət Müstəqilliyi Günü münasibəti ilə Bakıda təşkil olunan tədbirdə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta da açıqlama verib. İndi regiona ATƏT-in Minsk qrupunun həmsədrlərinin səfəri gündəmdədir və Azərbaycan Ermənistan prezidentlərinin görüşünün təşkili haqqında məsələ müzakirə ediləcək. Prezidentlər görüşdə Qarabağ münaqişəsinin nizama salmasının irəliləyişi üçün yeni yolların tapılmasını müzakirə etmək imkanına malik olacaqlar. İlham Əliyev ilə Serj Sarkisyan arasında son görüş 2014-cü il oktyabrın 27-də Pransa prezidentinin Fransua Ollandın vasitəçiliyi ilə Parisdə baş tutub. Olland, Əliyev və Sarkisyan arasındakı üçtərəfli görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andrie (Fransa) və ATƏT-in qüvvədə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik iştirak ediblər. İlham Əliyev, Fransua Olland və Serj Sarkisyan - 2014-cü ilin oktyabr ayı Görüş iştirakçıları sülh danışıqlarında irəliləyişin təsbit edilməsi üçün etibarın möhkəmləndirilməsi üçün tərəflər ATƏT-in Minsk qrupu həmsədrlərinin səyləri çərçivəsində dialoqun davam etdirilməsinin əhəmiyyətini, həmçinin dialoqdan başqa alternativ yolun olmadığını vurğulayıblar. Diplomatik mənbələrdən əldə etdiyimiz məlumata görə, Paris görüşündə tərəflər bu ilin sentyabrında Nyu-Yorkda BMT-ın Baş Assambleyasının növbəti iclası çərçivəsində dialoqun davam etdirilməsinə razılaşıblar. Paskal Mönye Fransanın Azərbaycandakı səfiri Paskal Mönye prezidentlərin görüşü, Azərbaycan-Ermənistan-Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların gedişi ilə bağlı məsələyə münasibətində deyib ki, tərəflər olduğu yerdə qaldıqda və addım atmadıqda proses dayanır. Hər iki tərəfin müəyyən addımlar atması, təkliflər verməsi vacibdir. Azərbaycan və Ermənistan tərəfinə bunun hamı üçün vacib və maraqlı məqam olması çatdırılmalıdır. Səfirin sözlərinə görə, Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün səy göstərir. Şəxsən Fransa Prezidenti bu prosesə cəlb olunub və o, bu problemin həll olunmasında maraqlıdır. İqor Popov Minsk qrupunun rusiyalı həmsədri İqor Popov bildirib ki, Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü zamanı tərəflər yenidən görüşmək istəklərini təsdiqləyiblər və ATƏT-in Minsk qrupu qarşıdakı görüşün gündəliyi üzərində işləyir: "Biz görüşün gündəliyi üzərində işləyirik. Bu və ya gələn ay regiona səfər etməyə və təfərrüatları müzakirə etməyə hazırlaşırıq". Ceyms Uorlik ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik "Twitter" səhifəsində yazıb ki, Minsk qrupunun bütün iştirakçı ölkələri sülh danışıqları prosesini dəstəkləyir. Xatırladaq ki, Paris görüşü Azərbaycan və Emənistan prezidentlərinin ötən il üçüncü görüşü oldu. Bunadək iki ölkə başçısının görüşü ABŞ-ın dövlət katibi Con Kerrinin iştirakı ilə ötən il sentyabrın 4-də Nyuportedə olub. Tərəflər danışıqların indiki mərhələsinə və Qarabağ münaqişəsinin həlli perspektivlərinə aid məsələləri müzakirə edib, danışıq prosesi üzrə mövqelərini ortaya qoyublar. Dövlət katibi C.Kerri münaqişənin sülh yolu ilə həllindən başqa alternativin olmadığını söyləyib, tərəfləri gərginliyin azaldılması və etibarın yaradılması üçün mexanizmləri tapmağa çağırıb. Ondan əvvəl isə, İlham Əliyev və Serj Sarkisyan Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Soçidə üçtərəfli görüş keçiriblər. Bu görüşdə Azərbaycan və Ermənistan Silahlı qüvvələri arasında qoşunların təmas xəttində yaranmış gərgin vəziyyətin aradan qaldırılması ilə bağlı fikir mübadiləsi aparılıb. Bir sözlə, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü və bu görüşün nəticələri böyük maraq doğurur. 25 ildən çoxdur davam edən Qarabağ münaqişəsinin ədalətli həlli bölgədə siyasi gərginliyin azaldılmasına, ölkələrin ərazi bütövlüyü prinsipinin qorunmasına və regional əməkdaşlığın inkişafına və genişlənməsinə yol açacaq. Minsk qrupunun həmsədrləri.(ans press) Geri dön |