Ana Sayfa > Karusel / Siyasət > Emin Millidən daha bir bəyanat:

Emin Millidən daha bir bəyanat:


15-05-2019, 14:08. Yazar: sevinc1
Emin Millidən daha bir bəyanat:


"Əgər iqtisadi islahatlar həyata keçiriləcəksə, Azərbaycan hakimiyyəti ilə işləməyə hazıram”.

Bakupost.az-ın məlumatına görə, bunu "BBC Azərbaycan”a müsahibəsində Meydan TV-nin keçmiş rəhbəri Emin Milli deyib.

O bildirib ki, əgər ölkədə ciddi real islahatlar keçirilsə, hər kəsə əl uzatmağa, hər kəsə işləməyə hazırdır: "İqtisadi islahlatlar getsə, mən İlham Əliyevlə də, hakimiyyətlə də işləməyə hazıram. Kim istəyir, mənə satqın desin, kim nə deyir-desin, bu, mənim vecimə deyil”.

E.Millinin sözlərinə görə, o, müxalifətdə təmsil olunub yalandan hakimiyyəti dəyişəcəyini deyən adamlardan olmayıb, olmayacaq: "Mən nə müxalifətdə təmsil olunub yalandan hakimiyyəti dəyişəcəklərini deyənlərin, nə də hakimiyyəti olub yalandan islahat edəcəklərini deyənlərin yanında olmayacam”.


aia.az
Geri dön