Ana Sayfa > Manşet / İqtisadiyyat > "Problemli kreditlərin həlli ilə bağlı kompensasiya ödənişləri həll olunub"

"Problemli kreditlərin həlli ilə bağlı kompensasiya ödənişləri həll olunub"


14-05-2019, 15:54. Yazar: sevinc1
"Problemli kreditlərin həlli ilə bağlı kompensasiya ödənişləri həll olunub"


Problemli kreditlərin həlli ilə bağlı kompensasiya ödənişlərinin 84%-i icra olunub.

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat katibi Elşən Allahverdiyev məlumat verib.

Məlumata görə, mayın 13-nə qədər 506 min vətəndaşa ödənişlər təmin edilib ki, bu da planın 84%-nin icra edildiyinin göstəricisidir.

"Edilmiş kompensasiya ödənişləri 243 min nəfərin ödəniş müddəti keçmiş kreditlərinin azaldılmasına yönəlib və 263 min nəfərə isə nağd və ya plastik kart formasında təqdim olunub”, - deyə məlumatda bildirilir.

Artıq Apellyasiya Komissiyasına edilmiş müraciətlərə araşdırmaların nəticələrinə müvafiq olaraq cavabların verilməsi prosesinə start verilib. Bundan sonra, vətəndaşlar apellyasiya komissiyasına müraciət üçün yaradılmış xüsusi portalda özləri üçün yaratdığı şəxsi kabinetlərindən izləyə bilərlər. Hər bir vətəndaşın müraciəti 30 iş günü müddətində cavablandırılır. (report)

aia.az
Geri dön