Ana Sayfa > Parlament > 2 hərbi qulluqçunun qar uçqununa düşməsi faktına görə cinayət işi başlandı
2 hərbi qulluqçunun qar uçqununa düşməsi faktına görə cinayət işi başlandı14-05-2019, 13:01. Yazar: sevinc1 |
Müdafiə Nazirliyinin 2 hərbi qulluqçusunun martın 7-də qar uçqununa düşməsi faktı üzrə cinayət işi başlanıb. Trend-in məlumatına görə, fakta görə Gəncə Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 342.2-ci (qulluğa səhlənkar yanaşma ağır nəticələrə səbəb olduqda, habelə müharibə vaxtı və döyüş şəraitində törədildikdə) maddəsilə cinayət işi başlanıb. Hələlik fakta görə saxlanılan yoxdur. Xatırladaq ki, bu il martın 7-də Azərbaycan Ordusunun iki hərbi qulluqçusu – gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlu mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşərək həlak olublar. aia.az Geri dön |