Ana Sayfa > Karusel / Ölkə > RAYON İCRA HAKİMİYYƏTİNDƏ VƏTƏNDAŞLARIN QƏBULU KEÇİRİLMİŞDİR
RAYON İCRA HAKİMİYYƏTİNDƏ VƏTƏNDAŞLARIN QƏBULU KEÇİRİLMİŞDİR14-05-2019, 12:17. Yazar: admin |
13 may 2019-cu il tarixdə rayon İcra Hakimiyyətində vətəndaşların qəbulu keçirilib. Qəbulda rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, başçının Sahə İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, Mənzil Kommunal Təsərrüfat Birliyinin, Mənzil İstismar Sahələrinin məsul işçiləri, rayon xidmət sahələrinin rəhbərləri iştirak edib. Qəbulda ümumilikdə 11 vətəndaş iştirak etmişdir. Sakinlər tərəfindən əsasən, sosial və kommunal məsələlər ilə bağlı müraciətlər olunmuşdur. Vətəndaşların müraciətləri diqqətlə dinlənilmiş, və onlara qaldırdıqları məsələ ilə bağlı qanunvericiliyin tələbləri izah olunmuşdur. Həmçinin sakinlərə müraciətləri ilə bağlı müvafiq məlumatlar verilmiş, görüşdə iştirak edən rəsmi şəxslər sakinləri maraqlandıran sualları cavablandırmış, onları narahat edən məsələlərə aydınlıq gətirmişlər. Sakinlər onlara verilən cavablardan və izahatlardan razı qaldıqlarını bildirmiş, göstərilən qayğıya görə minnətdarlıq etmişlər. Geri dön |