Ana Sayfa > Manşet / İdman > Bakıdakı möhtəşəm finala qarşı kimlər kampaniya aparır?
Bakıdakı möhtəşəm finala qarşı kimlər kampaniya aparır?13-05-2019, 11:55. Yazar: sevinc1 |
Milyonlarla futbol azarkeşi, o cümlədən öz aqressivlikləri və dava-dalaşları ilə ad çıxaran ingilis fanatları mayın 29-da Bakıdakı Olimpiya Stadionunda baş verəcək hadisələri səbrsizliklə gözləyirlər. Artıq məlum olduğu kimi həmin tarixdə Bakıda UEFA Avropa Liqasının finalı keçiriləcək. Özü də iki ingilis komandası-"Arsenal” və "Çelsi” arasında. aia.az virtualaz.org-a istinadən xəbər verir ki, dünya və Avropa futbol çempionatlarından sonra UEFA finalı həmişə ilin, hətta dünyanın əsas futbol hadisəsi hesab edilir. Bu il də belə olacaq, üstəlik finalda yarışanların hər ikisinin ingilis klubları olması intriqaları daha da artırır. Nəticədə Bakıda keçiriləcək finala maraq olduqca böyükdür və gözlənilir ki, minlərlə ingilis futbol fanatı da daxil olmaqla Avropadan çoxsaylı azarkeşlər bu futbol bayramını izləmək üçün Bakıya axışacaqlar. Lakin mayın 29-da Bakının Olimpiya Stadionunda baş verənlər təkcə futbol azarkeşləri üçün maraqlı olmayacaq, belə məlum olur ki, hər belə mühüm beynəlxalq idman tədbirlərindən fürsət kimi yararlananıb Azərbaycana qarşı qara piar aparanların da mövsümüdür. Belə ki, artıq bir müddətdir Qərbdəki ənənəvi anti-Azərbaycan dairələri bu idman hadisəsi fonunda ölkəmizə qarşı növbəti məkrli kampaniyaya başlayıblar. Həmin kampniyanın təşəbbüskarları və iştirakçılarının taktikası dəyişməyib, onlar beynəlxalq ictimaiyyətdə belə rəy formalaşdırmağa çalışır ki, UEFA finalı kimi mühüm idman tədbirinin Azərbaycanda keçirilməsi düzgün deyilmiş. Bəs həmin qüvvələr hansı arqumentlər irəli sürürlər və öz məkrli kampaniyalarını nə ilə əsaslandırmağa çalışırlar? Onların məntiqinə görə Bakı nəyə görə UEFA finalının keçirilməsi üçün münasib yer deyilmiş? Belə arqumentlərdən biri həmişəki kimi yenə də insan hüquqları, qanunun aliliyi kimi məsələlərə söykənir. Hansı ki, əvvəllər də Azərbaycanda keçirilən beynəlxalq miqyaslı idman tədbirləri ərəfəsində həmin iddialar irəli sürülürdü və ölkəmizə qarşı qarayaxmanın əsas tezisini təşkil edirdi. Lakin Azərbaycan hər dəfə belə dairələrə sübut edə bilib ki, əvvəla insan haqlarının total pozulması barədə ittihamların əsası yoxdur. Digər tərəfdən indiyə qədər UEFA finallarının baş tutduğu ölkələr insan haqları baxımından ideal idi? Bəyəm bu ölkələrdə polisin nümayişçilərə qarşı ifrat güc tətbiq etməsi barədə səhnələr yaddaşlardan belə tez silinib? Ola bilər həmin dairələr bu faktları görməməzliyə vururlar, amma internetin yaddaşı möhkəmdir və Avropa ölkələrində insan haqlarının pozulmasına dair çoxsaylı faktları, görüntüləri tapmaq heç bir çətinlik törətmir. Digər ittihamlar buna söykənir ki, guya Azərbaycana viza almaq problemli məsələdir. Bu məsələdə həmin dairələr lap ağ ediblər, çünki Azərbaycan hazırda ən liberal viza rejimi tətbiq edən ölkələrdən biridir. Prezident İlham Əliyevin sərəncamları əsasında Azərbaycan neçə ildir sadələşdirilmiş viza rejimi tətbiq edir, üstəlik xarici vətəndaşları vizanı elektron yolla, o cümlədən Heydər Əliyev Bakı Beynəlxalq Hava Limanında cəmi 20-30 dəqiqəyə əldə edib ölkəyə daxil ola bilərlər. Bundan da betər absurd iddialardan biri isə Bakıda otellərin "çox bahalı olması” barədə təbliğatdır. Bəli, Bakıda kifayət qədər dəbdəbəli və bahalı beşulduzlu otellər var, belələri əsasən şəhərin mərkəzində yerləşir. Amma tamamilə komfortlu və mərkəzdən cəmi 10-15 dəqiqəlik məsafələrdə yerləşən, qiymətləri 20-30 dollardan başlayan otellər də kifayət qədərdir. Yəni hansısa zəngin futbol azarkeşi mərkəzdə lüks otellərdə qalmaq istəyirsə bunun üçün heç bir çətinliyi olmayacaq, ancaq büdcəsinə qənaət etmək istəyən qonaqlar üçün də kifayət qədər geniş seçim imkanı var. Lakin həmin məkrli dairələr qarayaxma kampaniyasında daha da uzağa gedir və iddia edirlər ki, heç demə, AZAL-la Bakıya uçmaq da çox bahalı imiş və futbol fanatları üçün biletlərin qiyməti heç də münasib deyilmiş. Əslində isə AZAL hazırda Böyük Britaniyaya və geri olan reyslərinə beynəlxalq mülki aviasiyada mümkün olan ən aşağı qiymətlərdən başlayaraq qiymətlər tətbiq edir. AZAL -ın Londondan Bakıya və geriyə uçan lüks təyyarələrinə təklif etdiyi qiymətlər mövcud beynəlxalq qiymətlərdən daha aşağıdır. Bunu yoxlamaq üçün online bilet satışı üzrə ixtisaslaşmış saytlara daxil olub qiymətlərə müqayisəli şəkildə göz gəzdirmək kifayətdir. Nəhayət "Arsenal” klubunun erməni əsilli hücumçusu Henrix Mxitaryan barədə. Bu günlərdə "Daily Mail” iddia etmişdi ki, Mxitaryan Bakıdakı oyunu buraxa bilər. Çünki Azərbaycanla Ermənistan arasında münaqişə mövcuddur və bu üzdən ermənilərin Bakıya səfərinə icazə verilmir. Lakin dərhal AFFA bəyan etdi ki, Mxitaryanın təhlükəsizliyi tam təmin olunur və onun Bakıya glməsində heç bir əngəl yoxdur. Ardınca Azərbaycan XİN də Mxitaryanın təhlükəsizliyinə təminat verildiyini, UEFA-nın bu barədə məlumatlandırıldığını açıqladı. Azərbaycan beynəlxalq idman tədbirlərini siyasətdən və nə qədər ağrılı olsa da Ermənistanla hökm sürən münaqişədən kənarda tutmağa çalışır. Nəticədə əvvəllər də erməni idmançılar beynəlxalq yarışlara qatılmaq üçün dəfələrlə Azərbaycana gəliblər. Hətta prezident İlham Əliyev onlara şəxsən mükafat da təqdim edib, ermənilərin Bakıda idman yarışlarına qatılması ilə bağlı heç bir insident, xoşagəlməz hal qeydə alınmayıb. Bütün bu qərəzli iddiaların fonunda Britaniya XİN də işə qarışıb və çox təəcüblü bəyanat yayaraq ingilis futbol fanatlarını Bakıda "əcnəbilərin baş çəkdiyi barların ətrafında soyğunçuların hücumlarına məruz qala biləcəkləri” haqda xəbərdar edib. Əlbətdə, Bakıda soyğunçuluq hadisələri dünyanın istənilən başqa meqapolislərində olduğu kimi vaxtaşırı olaraq qeydə alınır. Lakin Britaniya XİN-in bu xəbərdarlığı heç bir əndazəyə sığmır. Çünki son illərdə Bakıda əcnəbilərin baş çəkdikləri barların, pabların ətrafında soyğunçuların hücumu, əcənəbilərin soyulması barədə kriminal xronikada bir dənə də fakta rast gəlmək mümkün deyil. O zaman Britaniya XİN bu xəbərdarlığı niyə edir və nəyə əsaslanır? Digər tərəfdən sabitlik və cinayətkarlığın səviyyəsinə görə Azərbaycan dünyanın ən əlverişli ölkələri ilə bir sırada durur. Nəticədə ingilis fantlarını Bakıya gəlməkdən çəkindirmək heç bir təhlükəsizlik amili ilə uzlaşa bilməz. Azərbyacan əvvəllər də sübut edib ki, istənilən bğyük beynəlxalq tədbirin ən yüksək səviyyədə təşkil etməyə qadirdir. O cümlədən təhlükəsizlik məsələləri ən yüksək səviyyədə təmin olunur. UEFA finalının vaxtı və yeri təyin olunanda heç kim bu komandaların İngiltərəyə məxsus olacağını ehtimal etmirdi. Digər tərəfdən təcrübə göstərir ki, bir çox hallarda finala çıxan komandalar oyunlarını öz vətənlərindən min kilometrlərlə uzaq ölkələrdə keçiriblər və heç vaxt belə iddialar irəli sürülməyib, kampaniyalar təşkil edilməyib. Britaniyalıların özləri də yaxşı bilirlər ki, kifayət qədər sərt xarakteri, iğtişaşlar törətmək təcrübəsi olan ingilis fanatlar başqa ölkələrdə bir o qədər də arzuolunan qonaq deyillər. Buna baxmayaraq, Azərbaycan mayın 29-da asayişi, qonaqların və idmançıların təhlükəsizliyini ən yüksək səviyyədə təşkil etməyə hazırdır. Bütün bunlar sübut edir ki, xaricdəki maraqlı dairəlır Azərbaycanın dünyada nüfuzunun artmasından, onun yüksək səviyyəli iqtisadi, siyasi, humanitar mərkəzə çevrilməsindən narahatdırlar. Azərbaycan ictimaiyyəti müəyyən xarici anti-Azərbaycan dairələrin mühüm tədbirlər ərəfəsində ölkəmizə qarşı belə qərəzli kampaniyalar təşkil etməsinin dəfələrlə şahidi olub. Ölkəmiz mühüm enerji və nəqliyyat layihəlırinin reallaşdırılması, qlobal xarakterli tədbirlərin keçirilməsi, 2012 ci ildə Eurovision, 2015 ci ildə Avropa Oyunları, 2016 cı ildə İslam Həmrəyliyi Oyunları və digər tədbirlər ərəfəsində Azərbaycan süni şəkildə təşkil olunmuş qarayaxma kampaniyasının hədəfi olub. Amma həmin məkrli kampaniyaları aparanlar qarşılarına qoyduqları siyasi hədəflərə çata bilməyiblər. aia.az Geri dön |