Ana Sayfa > Təhsil > TARİX YARADAN İNSAN
TARİX YARADAN İNSAN10-05-2019, 18:09. Yazar: sevinc1 |
Gəncə Dövlət Universitetində ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən tədbir keçirilib. Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin universitetdə ucaldılan büstü önünə gül dəstələri düzüb, Ulu Öndərə hörmət və ehtiramlarını ifadə ediblər. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra onun zəngin və çoxşaxəli siyasi fəaliyyətindən bəhs edən film izlənilib. Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov bildirib ki, Ümummilli Lider Azərbaycanın müasir simasını müəyyənləşdirib. Onun ölkəmizə hər iki rəhbərliyi dövrü, eləcə də Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi illər müstəqil dövlətçilik tariximizin şanlı səhifələridir. Dahi rəhbər hələ ötən əsrin 70-ci illərindən başlayaraq dahiyanə uzaqgörənliklə ölkənin uzun müddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks layihələrin həyata keçirilməsinə nail olub. O dövrdən başlanan sürətli inkişaf dağ və sərhəd rayonlarını da öz əhatəsinə alıb, sənaye, tikinti-quruculuq və aqrar-sənaye kompleksinin inkişafına nail olunub, emal və hasilat şəbəkəsi genişlənib. Azərbaycanın böyük şəhərlərində zavodlar, fabriklər, kombinatlar tikilib, müxtəlif təyinatlı müəssisələr yaradılıb, əhalinin işlə təminatı yaxşılaşdırılıb. Ulu Öndərimiz Azərbaycanın gələcək müstəqilliyi üçün təkcə iqtisadi əsaslar yaratmayıb, bununla yanaşı elm, təhsil, mədəniyyət və incəsənət sahəsində də böyük nailiyyətlər qazanılıb, milli oyanışın əsası qoyulub. Bir sözlə, böyük dövlət xadimi Heydər Əliyev 1969-1982-ci illərdə ölkəmizdə yüksək iqtisadi, elmi-mədəni və milli kadr potensialı formalaşdırmaqla bugünkü müstəqil Azərbaycanın möhkəm bünövrəsini yaradıb. 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasında müstəqil dövlətçiliyimizin əsaslarını hazırlayan, üçrəngli bayrağımızı qaldıran, bu qədim diyarda milli birliyimizin və həmrəyliyimizin əsasını qoyan, ilk milli ordumuzu yaradan Ümummilli Liderin 1993-cü ilin 15 iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı Milli Qurtuluş tariximizə parlaq səhifələr yazıb. Bildirilib ki, sabitlik olmadan heç bir ölkədə siyasi və iqtisadi islahatları aparmaq mümkün deyil. Ona görə də qısa zamanda Ulu Öndərin zəngin dövlətçilik təcrübəsi, qətiyyəti, uzaq görənliyi sayəsində ölkəmizdə siyasi sabitlik bərqərar olunub, iri miqyaslı iqtisadi layihələrin icrasına başlanılıb. Həmin illərdə Ümummilli Liderimizin işləyib hazırladığı quruculuq xətti qısa zamandaölkəmizdəictimai-siyasisabitliyintəminatınaçevrilib, Azərbaycandünyaiqtisadisisteminəinteqrasiyaolunub. Bu gün ümummilli lider Heydər Əliyevin siyasi xəttinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirib, Azərbaycan beynəlxalq münasibətlər sisteminin fəal üzvünə çevrilib. Həyata keçirilən iqtisadi islahatlar respublikada makroiqtisadi sabitliyi bərqərar edib, iqtisadiyyatın dinamik inkişafına təkan verib və əhalinin həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Ulu öndər Heydər Əliyevin həyatı Azərbaycanın əbədi müstəqilliyinə, qüdrətli dövlətçiliyinə və davamlı inkişafına həsr olunub. Bu gün Heydər Əliyev siyasi xəttinin bəhrəsi dünyanın inkişaf etmiş ölkələri içərisində layiqli yerini tutmuş qüdrətli Azərbaycandır. Azərbaycan var olduqca, Heydər Əliyevdə yaşayacaq, onun ideyaları xalqımızı daha böyük inkişafa qovuşduracaqdır. Tədbirdə çıxış edən məruzəçilər ümummilli lider Heydər Əliyevin mənalı ömür yolundan, Azərbaycanın inkişafı və tərəqqisi naminə misilsiz xidmətlərindən danışıblar. 10 may tarixinin Azərbaycan xalqı üçün əlamətdar tarix olduğunu, həmin gündə müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olduğunu vurğulayıblar. Bildirib ki, artıq 16-ci ildir qədirbilən Azərbaycan xalqı dahi şəxsiyyət Heydər Əliyevin doğum gününü onsuz qeyd edir. Məruzəçilər görkəmli dövlət xadimi, müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin həyat və fəaliyyətindən danışaraq, Ümummilli Liderin müstəqil Azərbaycanın bir dövlət kimi yaşamasında müstəsna xidmətlərini qeyd ediblər. Ulu Öndərin bir rəhbər kimi bütün müsbət keyfiyyətləri özündə cəmləşdirən nadir şəxsiyyət olduğunu, bütün mənalı ömrünü xalqının və Vətəninin inkişafına həsr etdiyini, ölkənin çətin dövründə xalqın tələbi ilə hakimiyyətə qayıtdığını, məhz xalqın dəstəyinə arxalanaraq Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdiyini diqqətə çatdırıblar. Qeyd olunub ki, Heydər Əliyev Azərbaycana sabitlik, iqtisadi yüksəliş, sosial inkişaf, demokratiya gətirərək, dövlətin hərtərəfli tərəqqisi üçün addımlar atıb. Onun qətiyyəti və uzaqgörən siyasəti nəticəsində hazırda Azərbaycan inkişaf edərək regionun lider dövlətinə çevrilib, dünyada nüfuzu yüksəlib, iqtisadiyyatına milyardlarla dollar sərmayə qoyulub. Bildirilib ki, Azərbaycanda dövlət gənclər siyasətinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu Öndər Azərbaycana rəhbərliyinin bütün dövrlərində sağlam gəncliyin, bu dövlətə sahib dura biləcək bir nəslin yetişməsinə xüsusi önəm verib. Tədbirdə qeyd edilib ki, Ümummilli Liderin gənclərə göstərdiyi qayğıdan, gənclərlə iş sahəsində aparılan dövlət siyasətinin əhəmiyyətindən, onların hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışıblar. Dahi rəhbərin uzaq görənliklə formalaşdırdığı gənclər siyasəti bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu Öndərin müdrik və məqsədyönlü siyasəti nəticəsində ölkəmizdə ictimai-siyasi sabitlik bərqərar olub, hüquqi, demokratik dövlət quruculuğu, Milli Ordunun formalaşması, Azərbaycanın beynəlxalq aləmdə demokratik imicinin yüksəlməsi istiqamətində önəmli addımlar atılıb. Ümummilli Lider tərəfindən həyata keçirilən düşünülmüş siyasət nəticəsində Azərbaycan bütün sahələrdə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu inkişaf konsepsiyası regionları da əhatə edir və hazırda UluÖndərin iqtisadi inkişaf konsepsiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə bölgələrimizin siması tamamilə dəyişib. Sonda bir daha dahi rəhbərin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağı, heç vaxt yaddaşlardan silinməyəcəyi qeyd olunub. aia.az Geri dön |