Ana Sayfa > Gündəm > Əfsanəvi kəşfiyyatçı Şamil Süleymanov:

Əfsanəvi kəşfiyyatçı Şamil Süleymanov:


10-05-2019, 17:54. Yazar: sevinc1
Əfsanəvi kəşfiyyatçı Şamil Süleymanov:


SSRİ və Azərbaycanın veteran kəşfiyyatçısı və əks-kəşfiyyatçısı, “Alyans” Azərbaycanın Xüsusi Xidmət Orqanlarının Veteranları Birliyinin sədri, əfsanəvi kəşfiyyatçı Şamil Süleymanov TELLMANN SHOW-ya video-müsahibə verib.

Trend-in məlumatına görə, müsahibə Azərbaycanın təhlükəsizlik orqanlarının 100 illik yubileyinə həsr olunub. İstefada olan polkovnik Şamil Süleymanov öz uşaqlıq və Böyük Vətən müharibəsi illərindən, Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) əməliyyat müvəkkilindən başlamış Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin Əks-kəşfiyyat İdarəsinin rəisi olanadək bütün xidməti karyerası barədə məlumat verib. Veteran Azərbaycanın xüsusi xidmət orqanları tarixinə qızıl hərflərlə yazılmış bəzi uğurlu əməliyyatların maraqlı məqamları barədə danışıb.

Müsahibədə əsas diqqət Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin ölkənin təhlükəsizlik orqanlarının inkişafındakı roluna yetirilib. “Heydər Əliyev sədr kimi Azərbaycanın Dövlət Təhlükəsizlik Komitəsi üçün böyük işlər görüb. O, DTK-də xidmət edən azərbaycanlıların sayının getdikcə artmasına nail olub. Əvvəlcə Azərbaycan kontingenti təxminən 35-40 faiz idisə, artıq ikinci il bu göstərici 60-65 faizə artırıldı. Bu, inanılmaz uğur idi”, - deyə Şamil Süleymanov söyləyib.

Müsahibimiz hələ Azərbaycan SSR DTK-nin 2-ci əks-kəşfiyyat şöbəsinin rəisi olarkən Heydər Əliyevin ayda iki dəfə potensialına inandığı gənc əməkdaşlarla seminar-məşğələ keçirməsindən danışıb. Sonradan bu kadrların əksəriyyəti SSRİ-nin kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətində mühüm rol oynayıb, müstəqil Azərbaycanın təhlükəsizliyinin inkişafında və möhkəmlənməsində fəal iştirak ediblər.

“Heydər Əliyev o qədər xeyirxah işlər görüb ki, sadalamaqla bitməz... O, əməkdaşları yüksək qiymətləndirir, onlara düzgün təyinat və istiqamət verirdi... Andropov, Brejnev Heydər Əliyevə hörmət edir, onun Moskvaya istənilən xahişi, müraciəti dərhal həll olunurdu”, - deyə istefada olan polkovnik qeyd edib.

Video-müsahibəni https://www.youtube.com/watch?v=eAPHiIMT3pc linki vasitəsilə izləyə bilərsiniz.

TELLMANN SHOW-nun müəllifi və rəhbəri Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyevdir. TELLMANN SHOW Gate 25-in iştirakı ilə Caspian European Club və “Narimanfilm” kinostudiyasının birgə layihəsidir.

* Material, informasiya, məqalələrin dərci, video və audio süjetlərin hazırlanması zamanı Caspian European Club-un tədbirinə istinad etmək mütləqdir.

Əlavə məlumat üçün:

E-ail: [email protected] URL: www.caspianenergy.net; www.caspianenergy.org

aia.az
Geri dön