Ana Sayfa > Ölkə > Avtovağzalda sərnişinlərə pulsuz araba xidməti

Avtovağzalda sərnişinlərə pulsuz araba xidməti


10-05-2019, 16:18. Yazar: sevinc1
Avtovağzalda sərnişinlərə pulsuz araba xidməti


Bir neçə müddətdir fəaliyyətə başlayan Nəqliyyat Qovşağında sərnişinlər yüklərini bir yerdən başqa yerə onlar üçün nəzərdə tutulan arabalarla və pulsuz daşıya bilər.



Bunu Modern.az-a Bakı Beynəlxalq Avtovağzalının mətbuat katibi Pərvin Məmmədova bildirib.



P.Məmədova sərnişinlərdən xahiş edib ki, arabaları istifadə etdikdən sonra digər sərnişinlərin də xidmətdən istifadə edə bilməsi üçün yerinə qoysunlar:

“Bu halda bütün sərnişinlər xidmətdən rahat şəkildə yararlana bilər. Bir daha qeyd edim ki, yüklərin daşınması üçün nəzərdə tutulan arabalar ödənişsizdir”.

aia.az
Geri dön