Ana Sayfa > Siyasət > Gürcüstanın baş naziri:
Gürcüstanın baş naziri:10-05-2019, 16:13. Yazar: sevinc1 |
Bu gündən David Qareci məbədi ilə bağlı komissiyanın yaradılmasına başlanıb. aia.az-ın ONA-ya istinadən verdiyi məlumatına görə, bu barədə Gürcüstanın baş naziri Mamuka Baxtadze hökumətin iclasından əvvəl keçirdiyi brifinqdə bildirib. O qeyd edib ki, artıq razılaşma əldə olunub və komissiyanın yaradılmasına start verilib. "Azərbaycan bizə dost ölkədir. Biz strateji tərəfdaşıq. Məsələ də bu ruhda həll ediləcək", - deyə baş nazir əlavə edib. Komissiyanın Gürcüstan tərəfdən sədri bu ölkənin xarici işlər nazirinin müavini olacaq. aia.az Geri dön |