Ana Sayfa > Siyasət > Deputatlar Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının iclasına gedirlər
Deputatlar Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının iclasına gedirlər10-05-2019, 13:18. Yazar: sevinc1 |
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının komitə iclası 15-16 may tarixlərində keçiriləcək. Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, təşkilatın komitə iclası Gürcüstanda baş tutacaq. Azərbaycan nümayəndə heyəti iqtisadi və siyasi komitənin iclaslarına qatılacaq Məlumat üçün bildirək ki, ölkəmiz 1992-ci ildən etibarən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının təsisçi üzvüdür. Təşkilatın 12 daimi və 17 müşahidəçi üzvü var. QDİƏT-in Baş Qərargahı İstanbul (Türkiyə) şəhərində yerləşir. Azərbaycan QDİƏT çərçivəsində bir sıra prioritet sahələr, o cümlədən ticarət, gömrük, nəqliyyat, enerji, ətraf mühit, informasiya-kommunikasiya, elm-tədqiqat və texnologiyalar və s. sahələr üzrə qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edir. aia.az Geri dön |