Ana Sayfa > Manşet / Ölkə > Komitə sədri:

Komitə sədri:


10-05-2019, 11:20. Yazar: sevinc1
Komitə sədri:


Pirallahı rayonunda yaşayan bütün məcburi köçkünlər yaxın aylar ərzində müasir mənzillərə təmin ediləcək.



aia.az-ın Trend-ə istinadən məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib.



Onun sözlərinə görə, Prezident İlham Əliyevin tapşırığına əsasən, məcburi köçkünlərin probleminin həll edilməsi üçün işlər aparılır: "Bu, həm də Birinci vitse-prezident Mehriban Əliyevanın gündəlik nəzarətində olan məsələlərdir və Komitə verilən tapşırıqlar əsasında fəaliyyət göstərir. Yaxın aylarda Pirallahı rayonunda yaşayan bütün məcburi köçkünlər müasir mənzillərə təmin ediləcək".



Komitə sədri qeyd edib ki, təxminən ilyarımdan sonra Bakının bir neçə rayonunda məcburi köçkünlərin mənzillərlə tam təmin olunduğunu deyə biləcəyik.


Rövşən Rzayev əlavə edib ki, dövlət başçısı tərəfindən qəzalı binalarda müvafiq işlərin görülməsi barədə də tapşırıq verilib.

aia.az
Geri dön