Ana Sayfa > Təhsil > Biləsuvar Rayon Təhsil Şöbəsinin müdiri işdən çıxarıldı

Biləsuvar Rayon Təhsil Şöbəsinin müdiri işdən çıxarıldı


8-05-2019, 18:27. Yazar: sevinc1
Biləsuvar Rayon Təhsil Şöbəsinin müdiri işdən çıxarıldı


8 fevral 2019-cu il tarixində Neftçala rayonunda təhsil naziri Ceyhun Bayramov tərəfindən keçirilən vətəndaşların qəbulu zamanı Biləsuvar rayon ümumi təhsil müəssisələrində baş vermiş qanunsuzluqlar ilə bağlı vətəndaş müraciətləri araşdırılıb, müraciətlərdəki faktlar təsdiqini tapıb.

Modern.az-ın məlumatına görə, bununla əlaqədar təhsil naziri tərəfindən Biləsuvar Rayon Təhsil Şöbəsinin müdiri Kazımov Balaqardaş İman oğlunun işdən azad edilməsi barədə Biləsuvar Rayon İcra Hakimiyyəti qarşısında vəsatət qaldırılıb və o, tutduğu vəzifədən azad edilib.

Biləsuvar Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə Bağırov Aqşin Xudaməli oğlu təyin edilib.

aia.az
Geri dön