Ana Sayfa > Karusel / Parlament > Şəmkirdə mikroavtobus minik avtomobili ilə toqquşub, üç nəfər ölüb
Şəmkirdə mikroavtobus minik avtomobili ilə toqquşub, üç nəfər ölüb8-05-2019, 18:00. Yazar: sevinc1 |
![]() Şəmkirdə mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində ölən şəxslərin adı məlum olub. ONA-nın yerli bürosunun verdiyi xəbərə görə, rayonun Qaracəmilli kəndində hərəkətdə olan mikroavtobusla "VAZ-2107" markalı minik avtomobili toqquşub. Zərbənin təsirindən mikroavtobus aşıb. Nəticədə "VAZ-2107"nin sürücüsü Vidadi Gülməmmədov, sərnişinləri - 74 yaşlı Şücaət Gülməmmədova və 3 yaşlı Ayxan Gülməmmədov ölüblər. *** Saat 15:51 Şəmkirdə sərnişin avtobusu qəzaya düşüb. ONA-nın yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qaracəmilli kəndində qeydə alınıb. Kənd ərazisində hərəkətdə olan olan avtobus aşıb. Qəza nəticəsində 2 nəfərin öldüyü, 10-a yaxın sərnişinin xəsarət aldığı bildirilir. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov ONA-ya bildirib ki, Şəmkirdəbaş verən yol qəzası nəticəsində 3 nəfər ölüb, 7 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onlardan 1 nəfərin vəziyyəti ağır, 6 nəfərin vəziyyəti orta-ağırdır. Xəsarət alan şəxslərə tibbi yardım göstərilib. aia.az Geri dön |