Ana Sayfa > Cəmiyyət > Bakıda tanınmış həkimi və arvadını öldürənlər MƏHKƏMƏDƏ:

Bakıda tanınmış həkimi və arvadını öldürənlər MƏHKƏMƏDƏ:


8-05-2019, 14:21. Yazar: sevinc1
Bakıda tanınmış həkimi və arvadını öldürənlər MƏHKƏMƏDƏ:


Bakıda tanınmış həkimi qətlə yetirməkdə təqsirləndirilən İlqar Xancanovun məhkəməsi davam edib.

Bakupost.az-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən polis deyib ki, hadisə günü yolda İ.Xancanovun idarə etdiyi avtomobili saxlamaq istəyiblər, lakin sürücü maşını saxlamayıb: "Arxasınca getdik, bir müddət sonra avtomobilin təkəri partladı. Yaxınlaşıb maşının başqajını açanda iki nəfərin meyitini gördük”.

İ.Xancanov deyib ki, avtomobildəki şəxslərdən biri Arzu Şuşalı həmin vaxt sağ olub: "İstəyirdim, onun həyatını xilas edim”.

Məhkəmə istintaqının bitdiyi elan edilib. Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.

Məhkəmə mayın 13-də davam edəcək.

Qeyd edək ki, hadisə ötən ilin iyul ayında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib. Həmin ərazidə 1968-ci il təvəllüdlü İ.Xancanov bağban işlədiyi bağ evinin sahibi Arzu Şuşalını və həyat yoldaşı Dilarə Əhmədovanı bıçaqlayıb. Qadın aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Tanınmış həkim olan A.Şuşalı isə xəstəxanaya çatdırılıb. Lakin onun da həyatını xilas etmək mümkün olmayıb.

aia.az
Geri dön