Ana Sayfa > Karusel / İqtisadiyyat > Azərbaycan OPEC çərçivəsində öhdəliyini yerinə yetirir

Azərbaycan OPEC çərçivəsində öhdəliyini yerinə yetirir


8-05-2019, 13:00. Yazar: sevinc1
Azərbaycan OPEC çərçivəsində öhdəliyini yerinə yetirir


"Azərbaycan aprel ayından hasilatın azaldılmasına nail olub və OPEC+ çərçivəsində üzərinə götürdüyü öhdəliyi yerinə yetirir".
Bunu Energetika naziri Pərviz Şahbazov jurnalistlərə bildirib.
Qeyd edək ki, 2018-ci ilin dekabrın 7-də Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin V görüşündə neft hasilatının gündəlik 1,2 milyon barel azaldılması ilə bağlı razılıq əldə olunub. Yeni qərara əsasən, 2019-cu ilin yanvar ayından etibarən Azərbaycan gündəlik hasilatın, təxminən, 20 min barel azaldılması ilə bağlı öhdəlik götürüb. I rüb ərzində hasilatın bu həcmdə azaldılmasına nail olunmamışdı.

Nazir aprel ayından OPEC+ çərçivəsində öhdəliklərin yerinə yetirilməsi göstəricilərinin yaxşılaşacağını bildirmişdi.

Report
Geri dön