Ana Sayfa > Media > 1 milyon növ məhv olacaq -

1 milyon növ məhv olacaq -


7-05-2019, 17:15. Yazar: sevinc1
1 milyon növ məhv olacaq -


Birləşmiş Millətlər Təşkilatının Ekosistem və Bioloji Müxtəliflik Platformasının apardığı araşdırmaya əsasən,dünyada mövcud olan 8 milyon heyvan və bitki növünün 1milyona qədərinin nəslinə insanlar tərəfindən son qoyulacaq.



Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, araşdırmada 50 ölkədən 145 mütəxəssi iştirak edib.



Qeyd olunub ki, qlobal istiləşmə, təbii ehtiyatların həddindən artıq istifadəsi və ətraf mühitin çirklənməsi səbəbi ilə dənizlərdə yaşayan canlıların 1/3-in yox olma ehtimalı var.



Həmçinin qurbağa kimi həm suda həm də quruda yaşaya bilən heyvanların isə 40 faizinin nəslinin kəsilmə ehtimalı olduğu bildirilir.



Xatırladaq ki, BMT 6 ay öncə qlobal istiləşmənin dağıdıcı təsirlərindən qorunmaq üçün 12 ildən daha az vaxt qaldığını bildirib. Buna səbəb dünya əhalisinin son 50 ildə 3.7 milyarddan 7.6milyardadək artması göstərilir.

aia.az
Geri dön