Ana Sayfa > Ölkə > İsmayıllının icra başçısı:

İsmayıllının icra başçısı:


7-05-2019, 16:28. Yazar: sevinc1
İsmayıllının icra başçısı:


"İsmayıllı rayonunun ən yaralı yeri sığortadır. Sığortalanmayan evlərin sayı 80 faizdən çoxdur" .



Modern.az xəbər verir ki, bu sözləri fevralın 5-də Ağsu, İsmayılllı və Şamaxı rayonlarında baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülmüş işlərə dair 3 aylıq hesabat brifinqi zamanı İsmayıllı rayonunun icra başçısı Mirdamət Sadıqov deyib.



Onun sözlərinə görə, sığorta böyük bazardır:



“Evlərin sığortalanması gərgin vəziyyətdədir. Hər bir insan evini sığortalamalıdır. Dəymiş ziyanın ödənilməsi üçün fond olmalıdır. Elə dağ evləri var ki, onların sənədləri yoxdur. Vaxtilə ata-analarının adına olub, onlar dünyasını dəyişib, övadlarının da sənədləri yoxdur. Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, “ASAN Xidmət”in dəstəyi ilə vətəndaşlaralımız evlərin sığortalanmasında fəal olmalıdır".

aia.az
Geri dön